...

Azərbaycanda magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı müəyyənləşib

Cəmiyyət Materials 11 Yanvar 2011 17:17 (UTC +04:00)
Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq.
Azərbaycanda magistraturaya qəbul imtahanının I mərhələsinin vaxtı müəyyənləşib

Azərbaycan, Bakı, 11 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda magistraturaya qəbul imtahanının birinci mərhələsinin vaxtı müəyyənləşib. Trend-in Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, 2011/2012-ci tədris ili üçün magistraturaya qəbul imtahanına ərizə qəbulu yanvarın 25-dən fevralın 7-dək aparılacaq.

Qəbul imtahanının I mərhələsi 2011-ci il fevralın 20-də keçiriləcək. Qəbul qaydalarına uyğun olaraq imtahanın birinci mərhələsində bakalavrların ümumi intellekt səviyyəsi (məntiqi təfəkkür), xarici dil və informatika fənni üzrə bilikləri yoxlanılacaq.

Qəbulla bağlı elanın tam mətni "Magistr" xüsusi buraxılışının növbəti sayında dərc olunacaq.

Xəbər lenti

Xəbər lenti