...

Azərbaycanda yeni tikilən binaların radiasiyalılığının yoxlanılması ilə bağlı təkliflər öyrənilir

Cəmiyyət Materials 14 Yanvar 2011 09:30 (UTC +04:00)
Azərbaycanda yeni tikilən binaların radiasiyalılığının yoxlanılması ilə bağlı təkliflər araşdırılır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru Adil Qəribov bildirib.
Azərbaycanda yeni tikilən binaların radiasiyalılığının yoxlanılması ilə bağlı təkliflər öyrənilir

Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda yeni tikilən binaların radiasiyalılığının yoxlanılması ilə bağlı təkliflər araşdırılır. Bu barədə cümə axşamı Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitunun direktoru Adil Qəribov bildirib.

"Ya Fövqəladə Hallar Nazirliyinə, ya da Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə belə bir səlahiyyət verilməlidir ki, yeni binaların radiasiya təhlükəsizliyi haqqında arayış hazırlansın, heç olmasa, binalar tikildikdən sonra tədqiq olunsun. Tikiləcək binaların, seçilmiş ərazilərin radiasiya təhlükəsizliyi haqqında informasiya hazırlamaqla məşğul olan xüsusi qurum olmalıdır", - Qəribov əlavə edib.

Onun sözlərinə görə, AMEA-nın Radiasiya Problemləri İnstitutu tərəfindən tövsiyələr hazırlanaraq müvafiq dövlət qurumlarına təqdim olunub.

"Əfsuslar olsun ki, bu məsələ tam şəkildə həllini tapmayıb. Ümid edirik ki, yaxın vaxtlarda bu məsələ həll ediləcək", - o, vurğulayıb.

Qəribov qeyd edib ki, Azərbaycana daxil olan tikinti materiallarında radiasiyalılığın yoxlanılması işi də həyata keçirilir.

"Biz indi Nazirlər Kabinetinin qərarı ilə sərhəddə monitorinqə nəzarət edən qurum kimi təsdiq olunmuşuq. Sərhəd keçid məntəqələrində bütün monitorinq cihazları var və onlar daimi olaraq işləyir. İnstitutumuzun qrupu var və daimi olaraq sərhədlərdədir, gətirilən tikinti materiallarının radiasiyalılığına nəzarət edir. Sərhəddən keçən bütün tikinti materiallarının hamısının ümumi radioaktivliyi yoxlanılır", - o, qeyd edib.

Qəribov hesab edir ki, hər bir məhsulun sertifikatında materialların radioaktivliyi haqqında məlumat verilməlidir. "Xüsusilə bu, keramik materiallarda tələb olunmalıdır. Azərbaycana daxil olan bütün keramik tikinti materiallarına tərkibindəki radioaktivlik üzrə sertifikat verilməlidir", - o, bildirib.

Xəbər lenti

Xəbər lenti