...

Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya və Belarusun səfirləri ilə görüşüb

Cəmiyyət Materials 17 Yanvar 2011 17:32 (UTC +04:00)
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviçi onların xahişi ilə qəbul edib.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Rusiya və Belarusun səfirləri ilə görüşüb

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir T.Hacıyev/

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə bazar ertəsi Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin və Belarusun Azərbaycandakı səfiri Nikolay Pastkeviçi onların xahişi ilə qəbul edib. Bu barədə bazar ertəsi Trend-ə QMİ-nin mətbuat xidmətindən məlumat veriblər.

Səmimi şəraitdə keçən qəbullarda ölkələrimiz üçün önəm kəsb edən mənəvi əlaqələrin daha da inkişaf etdirilməsi perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti