...

20 Yanvar faciəsinin 21-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qeyd olunub (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2011 13:16 (UTC +04:00)
Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin Baş İdarəsində bu münasibətlə ümumi yığıncaq keçirilib, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunub.
20 Yanvar faciəsinin 21-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

20 Yanvar faciəsinin 21-ci ildönümü Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində qeyd olunub.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Penitensiar Xidmətin Baş İdarəsində bu münasibətlə ümumi yığıncaq keçirilib, Vətənimizin azadlığı və müstəqilliyi naminə canlarını fəda etmiş soydaşlarımızın əziz xatirəsi ehtiramla yad olunub.

Azərbaycan xalqının müstəqillik, demokratiya və azadlıq uğrunda mübarizə tarixinə sınaq anları kimi əbədi daxil olmuş 20 Yanvar faciəsi xalqımızın qan yaddaşına təkcə itkilər, nisgillər və yaralarla deyil, qəhrəmanlıq səhifəsi kimi həkk olunub.

Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə şahidi olduqları dəhşətli səhnələri, Azərbaycanın o zamankı səbatsız, səriştəsiz rəhbərliyinin günahı ucbatından uzun müddət faciəyə siyasi-hüquqi qiymət verilməməsini, hadisəyə ilk olaraq ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində öz kəskin etirazını bildirməsini xatırladıblar.

Yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdişindan sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə ilk dəfə siyasi qiymət verilib, hadisənin günahkarlarının adları açıqlanıb, 20 yanvar qurbanlarının xatirəsi əbədiləşdirilib, şəhid ailələrinə və o müdhiş gecədə sağlamlığını itirmiş soydaşlarımıza dövlət qayğısı göstərilib.

Tədbirin sonunda Penitensiar Xidmətin muzeyində 20 Yanvar faciəsinə həsr edilmiş sənədli filmə baxış keçirilib.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıdılıb.

Xəbər lenti

Xəbər lenti