...

Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2011 18:23 (UTC +04:00)
MTN-in ictimai əlaqələr mərkəzinin yaydığı məlumata görə, nazirliyin şəxsi heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib (FOTO)

Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudovun rəhbərliyi ilə nazirliyin şəxsi heyəti qanlı 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.

MTN-in ictimai əlaqələr mərkəzinin yaydığı məlumata görə, nazirliyin şəxsi heyəti ölkəmizin müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər qərənfillər düzüblər, şəhidlərimizin unudulmaz xatirəsinə hörmət və ehtiramlarını bildiriblər.

Milli Təhlükəsizlik Nazirliyinin şəxsi heyəti adından "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyulub.

Anım mərasimində milli təhlükəsizlik naziri Eldar Mahmudov və nazirliyin əməkdaşları vətənimizin azadlığı uğrunda canlarından keçmiş, bu müqəddəs məkanda əbədiyyətə qovuşmuş təhlükəsizlik orqanlarının şəhid olmuş əməkdaşlarının məzarlarını da ziyarət edib, onların xatirələrinə hörmət və ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri düzüblər.

Xəbər lenti

Xəbər lenti