...

Azərbaycan və ABŞ daşqınların və fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə məsələsini müzakirə edirlər

Cəmiyyət Materials 24 Yanvar 2011 17:05 (UTC +04:00)
Bazar ertəsi Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə onların amerikalı həmkarları arasında daşqınların və fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə üzrə məsləhətləşmələr başlanıb.
Azərbaycan və ABŞ daşqınların və fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə məsələsini müzakirə edirlər

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir V.Javoronkova/

Bazar ertəsi Bakıda Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları ilə onların amerikalı həmkarları arasında daşqınların və fövqəladə vəziyyətlərin nəticələri ilə mübarizə üzrə məsləhətləşmələr başlayıb. Bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.

Seminarların həftənin sonunadək keçirilməsi planlaşdırılır.

ABŞ tərəfdən məsləhətləşmələrdə Birləşmiş Ştatların mühəndis qoşunlarının mütəxəssisləri iştirak edir.

2010-cu ilin may ayında yağan intensiv yağışlar nəticəsində, Kürün məcradan çıxması və digər çaylarda daşqınlar səbəbindən Azərbaycanın 40 rayonunun ərazisində subasma halları qeydə alınıb. Bu təbii fəlakət nəticəsində 20 minə yaxın ev su altında qalıb, 300-dən çox ev dağılıb, 2 min ev qəzalı vəziyyətdədir və 50 min hektar əkin və örüş sahələri su altında qalıb.

Xəbər lenti

Xəbər lenti