...

Xəzər dənizinə kanalizasiya tullantıları axıdılır - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 25 Yanvar 2011 11:14 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda aparılmış ekoloji monitorinqlərin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.
Xəzər dənizinə kanalizasiya tullantıları axıdılır - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir M.Əliyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyi 2010-cu il ərzində Xəzər dənizinin Azərbaycan sektorunda aparılmış ekoloji monitorinqlərin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi tərəfindən aparılan yoxlamalar istirahət zonası və çimərlik əraziləri ilə zəngin olan Xəzər dənizinin şimal və cənub sahil zolaqlarında mərkəzləşdirilmiş kanalizasiya şəbəkələrinin olmaması, eləcə də formalaşan tullantıların (maye, qaz, bərk və s.) idarə edilməməsini müəyyənləşdirib.

Keçirilən monitorinqlərdə Xəzər dənizi ilə əlaqəsi olan 299 axar qeydə alınıb ki, onlardan 268-i sahildən, 31-i isə dəniz akvatoriyasında olan müəssisə və obyektlərin fəaliyyəti nəticəsində dənizə antropogen təsir göstərir.

2010-cu il ərzində idarə tərəfindən aparılan tədqiqatlar zamanı bir sıra hidrotexniki qurğuların, istismara yararsız estakadaların sökülərək sahilə daşınması, Bakı buxtasından batmış və yarımbatmış gəmilərin çıxarılması, həmçinin buxta ərazisində köhnə neft quyularının birdəfəlik ləğv edilməsi, Bibiheybət buxtasında neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması və yaşıllıqların salınması, Hövsan kanalının müəyyən hissəsinin qapalı sistemə keçirilməsi, Neft Daşları və Çilov adasında yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi həyata keçirilib.

Xəbər lenti

Xəbər lenti