...

Öncəgörücü Yeganə Zeynalova cərrahiyyə əməliyyatı keçirib

Cəmiyyət Materials 25 Yanvar 2011 16:20 (UTC +04:00)
Azərbaycanın tanınmış öncəgörücüsü Yeganə Zeynalova paytaxtın Mərkəzi Klinik Xəstəxanasında öd kisəsindən cərrahiyyə əməliyyatı keçirib.
Öncəgörücü Yeganə Zeynalova cərrahiyyə əməliyyatı keçirib

Azərbaycan, Bakı, 25 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın tanınmış öncəgörücüsü Yeganə Zeynalova paytaxtın Mərkəzi Klinik Xəstəxanasında öd kisəsindən cərrahiyyə əməliyyatı keçirib.

Əməliyyata girməmişdən Trend-ə açıqlama verən öncəgörücü başına gələn bu hadisəni sırf xəstələnməsi ilə bağlayıb. "Bəzi tanışlarım zəng vurub deyirlər ki, bəlkə sənə hansısa baxıcı cadu edib. Məhz o səbəbdən səhhətində problemlər var. Onların bu söylədikləri məndə yalnız gülüş doğurur. Çünki mən də adi insanam və xəstələnməməkdən özümü sığorta edə bilmərəm. Həmişə demişəm, bir daha da təkrarlayıram ki, göydə Allah, yerdə həkimlərimiz. Əgər insanın canında ağrılar varsa, Allah dərmanını da verib. Şəfa tapmaq üçün ekstrasenslərə yox, yalnız həkimlərə müraciət etmək lazımdır. Ümid edirəm ki, əməliyyat yaxşı keçəcək və həkimlərin köməkliyi sayəsində sağlamlığımı yenidən bərpa edəcəyəm. Odur ki, bəzi bədxahlarım sevinməsinlər", - Yeganə Zeynalova deyib.

Bu gün günorta saatlarında öncəgörücünün əhvalını, əməliyyat barədə öyrənmək üçün Yeganə xanımın bacısı ilə əlaqə saxladıq. Xalidə Kərimova Trend-ə bildirdi ki, əməliyyat gözlənildiyindən də uğurlu keçib. "Yeganə xanım artıq palataya köçürülüb və özünü yaxşı hiss edir. Həkimlərin dediyinə görə, tezliklə ayağa qalxacaq. Fürsətdən istifadə edib, bacıma görə narahat olan bütün şəxslərə təşəkkürümü bildirirəm. Allah hamımıza kömək olsun!", - Xalidə Kərimova dedi.

Xəbər lenti

Xəbər lenti