...

Azərbaycanda distant və eksternat ali təhsilin alınması təsdiqlənib

Cəmiyyət Materials 25 Yanvar 2011 17:46 (UTC +04:00)
Azərbaycan hökuməti "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib.
Azərbaycanda distant və eksternat ali təhsilin alınması təsdiqlənib

Azərbaycan, Bakı, 25 yanvar/Trend, müxbir M.Əliyev/

Azərbaycan hökuməti "Ali təhsil müəssisəsinin Nümunəvi Nizamnaməsi"ni təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Nizamnaməyə əsasən, ali məktəblərdə təhsil almaq üçün dörd forma müəyyən edilib. Bunlar - əyani, qiyabi, distant (təhsil alanla informasiya kommunikasiya şəbəkəsi vasitəsilə qarşılıqlı əlaqə) və eksternatdır (ümumtəhsil proqramlarının ali məktəbə getmədən sərbəst öyrənilməsi).

Azərbaycanın ali təhsil müəssisələrində tədris dili - Azərbaycan dilidir. Təlim ali təhsil müəssisələrinin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər. Nizamnamədə o da qeyd edilib ki, ali təhsil müəssisələrində təhsilalanların geyim forması hər bir təhsil müəssisəsinin öz nizamnaməsi ilə müəyyən olunur.

Nizamnamədə ali təhsil müəssisələrinin üç forması müəyyən edilib: dövlət, bələdiyyə və özəl.

Nizamnamədə ali təhsil müəssisələrinə tələbə qəbulu, ali təhsil müəssisəsinin tədris fəaliyyəti, elmi fəaliyyəti, ali təhsil müəssisəsinin idarə olunması, təhsilalanların, təhsilverənlərin və digər işçilərin hüquq və vəzifələri, ali təhsil müəssisəsinin maliyyə-təsərrüfat fəaliyyəti, təhsil sahəsində beynəlxalq əlaqələr ümumilikdə öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti