...

ARDNŞ Gürcüstanın böyük vergi ödəyicilərindən biri kimi mükafatlandırılacaq

Cəmiyyət Materials 26 Yanvar 2011 11:12 (UTC +04:00)
Çərşənbə günü Tbilisinin "Redison" mehmanxanasında 2010-cu ildə Gürcüstanın daha böyük vergi ödəyiciləri olan neft şirkətləri, o cümlədən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mükafatlandırılacaq.
ARDNŞ Gürcüstanın böyük vergi ödəyicilərindən biri kimi mükafatlandırılacaq

Gürcüstan, Tbilisi, 26 yanvar /Trend, müxbir N.Kirsxaliya/

Çərşənbə günü Tbilisinin "Redison" mehmanxanasında 2010-cu ildə Gürcüstanın daha böyük vergi ödəyiciləri olan neft şirkətləri, o cümlədən ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mükafatlandırılacaq.

Mükafatlandırılmanı Gürcüstanın Neft Məhsulları İdxalçıları İttifaqı təşkil edib. İttifaqdan Trend-ə məlumat verildiyi kimi, daha böyük investisiyalar həyata keçirən və daha çox əməkdaşın işə cəlb olunduğu neft şirkətləri də qeyd olunacaq.

Adları çəkilən şirkətlər arasında "SOCAR Georgia Petroleum", "Eko Georgia", "Rompetrol Georgia", "Visol Petroleum Georgia""Lukoil Georgia" var.

Tədbirə Parlament üzvləri, hökumət və beynəlxalq təşkilatların nümayəndələri dəvət olunub.

Xəbər lenti

Xəbər lenti