...

Bakıda qrip və soyuqdəymə halları artacaq

Cəmiyyət Materials 26 Yanvar 2011 13:50 (UTC +04:00)
Yanvarın sonunda paytaxt regionunda gözlənilən soyuqlaşma ilə əlaqədar olaraq yoluxucu xəstəliklərin "hücumu" artacaq. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.
Bakıda qrip və soyuqdəymə halları artacaq

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Z.Əhmədova/

Yanvarın sonunda paytaxt regionunda gözlənilən soyuqlaşma ilə əlaqədar olaraq yoluxucu xəstəliklərin "hücumu" artacaq. Bu barədə Trend-ə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib.

"Yanvarın sonunda havaların soyuması ilə əlaqədar yoluxucu xəstəliklər yayıla bilər", - Stansiyanın baş həkiminin müavini Rauf Nağıyev deyib.

Onun sözlərinə görə, qrip və soyuqdəymədən əsasən bağça və məktəb uşaqları əziyyət çəkə bilərlər.

Qeyd edək ki, yanvarın 26-dan 27-nə keçən gecə paytaxt regionunda hava şəraiti pisləşəcək, temperatur aşağı düşəcək, kəskin şimal küləyi əsəcək.

Xəbər lenti

Xəbər lenti