...

Azərbaycan Dövlət Komitəsinin sədri Fransa Prezidenti tərəfindən təltif olunub

Cəmiyyət Materials 27 Yanvar 2011 17:50 (UTC +04:00)
Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Fransanın Milli Fəxri Legion ordeninin Zabit rütbəsinə layiq görülüb.
Azərbaycan Dövlət Komitəsinin sədri Fransa Prezidenti tərəfindən təltif olunub

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Fransanın Milli Fəxri Legion ordeninin Zabit rütbəsinə layiq görülüb.

Fransanın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, Hicran Hüseynova bu ölkənin Xarici İşlər Nazirliyinin təklifi əsasında Fransa Prezidentinin sərəncamı ilə qadınlara qarşı zorakılıqla mübarizədə apardığı işə görə bu təltifə layiq görülüb.

Məlumatda bildirilir ki, Hüseynova 2006-cı ildən etibarən Fransanın Həmrəylik və Sosial Birlik Nazirliyi, həmçinin, bu mübarizədə iştirak edən müxtəlif fransız təşkilatları ilə fəal əməkdaşlığı inkişaf etdirməyə nail ola bilib.

Xəbər lenti

Xəbər lenti