...

Rusiya Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla keçiriləcək futbol matçını "almaq" istəyir - KİV

Cəmiyyət Materials 1 Fevral 2011 11:02 (UTC +04:00)
Rusiya Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla keçiriləcək futbol matçını "almaq" istəyir
Rusiya Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla keçiriləcək futbol matçını "almaq" istəyir - KİV

Azərbaycan, Bakı, 1 fevral /Trend/

Rusiya 2012-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsindəki futbol matçında Ermənistana mğlub olmaları müqabilində sövdələşmə təklif edir  Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Jamanak" (Zaman) qəzeti yazır.

Qəzetin məlumatına görə, Rusiya hakimiyyəti Ermənistana kifayət qədər sərfəli iqtisadi sövdələşmə vəd edib, bunun əvəzində ölkənin milli futbol komandasından 2011-ci il martın 26-da Yerevanda keçiriləcək seçmə mərhələ oyununda rusiyalılara uduzmaq tələb olunur.

Ermənistan və Rusiya yığmaları 2012-ci ildə Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının seçmə mərhələsində bir qrupda yer alıblar. Hazırda Ermənistan yığması rusiyalılardan iki xal geridədir. Lakin qalib gələcəkləri halda Ermənistan millisinin turnirin finalına çıxmaq şansı xeyli artacaq.

Xəbər lenti

Xəbər lenti