...

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Gənclər Günü münasibətilə tədbir keçirib (FOTO)

Cəmiyyət Materials 1 Fevral 2011 12:46 (UTC +04:00)
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2 fevral Gənclər Günü münasibəti ilə tədbir keçirib. Trend BİA-nın konfrans zalında keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açıb.
Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı Gənclər Günü münasibətilə tədbir keçirib (FOTO)

Azərbaycan, Bakı, 1 fevral /Trend, müxbir T.Hacıyev/

Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatı 2 fevral Gənclər Günü münasibəti ilə tədbir keçirib. Trend BİA-nın konfrans zalında keçirilən tədbiri giriş sözü ilə Azərbaycan Prezidenti yanında Qeyri-hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının sədri Vüqar Qədirov açıb. O, çıxışında ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bütün sahələrlə bərabər, gənclər siyasətinə xüsusi diqqət və həssaslıqla yanaşdığını xüsusi qeyd edib.

"Heydər Əliyevin Gənclər və İdman Nazirliyinin yaradılması, ilk dəfə 1996-cı ildə Azərbaycan Gənclərinin I Forumunun keçirilməsi və 2 fevralın Azərbaycanda Gənclər Günü kimi qeyd olunması haqqında sərəncamları Azərbaycan gənclərinə diqqət və qayğının ən bariz nümunəsidir", - Qədirov əlavə edib.

O, bildirib ki, Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.

Qədirov rəhbərlik etdiyi təşkilatın 2011-ci ildə görəcəyi işlər haqqında da danışıb. Qaçqın və Məcburi Köçkün Gənclərin I Forumunun keçirilməsini, fevral ayının "Xocalı ayı" elan edilməsini, işğala və təcavüzə məruz qalmış dövlətlərin gənclərinin iştirakı ilə beynəlxalq konfransın təşkilini, 2011-ci ilin Azərbaycan Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının əsas fəaliyyət istiqaməti kimi "Mübariz İbrahimov ili" elan edilməsini bəyan edib.

Tədbirdə çıxış edən Təkamül və İnteqrasiya BİB-in sədri Arzu Möhsümova, "III sektor" gənclər mərkəzinin sədri Səmayə Quliyeva, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Qoşalı və digər qonaqlar Gənclər Günü ilə bağlı öz fikirlərini bölüşüblər.

Xəbər lenti

Xəbər lenti