...

Dağıstanda baş vermiş partlayışla bağlı Azərbaycanla Rusiya arasındakı dəmiryol əlaqəsində problem yoxdur

Cəmiyyət Materials 4 Fevral 2011 12:16 (UTC +04:00)
Dağıstanın dəmir yolunda cümə axşamından cümə gününə keçən gecə baş vermiş partlayış Azərbaycanla Rusiya arasındakı dəmiryol reyslərinin qrafikinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Dağıstanda baş vermiş partlayışla bağlı Azərbaycanla Rusiya arasındakı dəmiryol əlaqəsində problem yoxdur

Azərbaycan, Bakı, 4 fevral / Trend , müxbir E.İsmayılov/

Dağıstanın dəmir yolunda cümə axşamından cümə gününə keçən gecə baş vermiş partlayış Azərbaycanla Rusiya arasındakı dəmiryol reyslərinin qrafikinə təsir etməyib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.

Onun sözlərinə görə, gecə Bakıya gələn yeganə qatar Bakı-Tümen reysi olub. O da paytaxta qrafikə uyğun, yəni yerli vaxtla saat 02:03-də daxil olub.

"Bu qatar Bakıdan Tümen istiqamətinə də saat 06:20-də, cədvələ uyğun yola düşüb", - Əzməmmədov bildirib.

Rusiya mətbuatının verdiyi məlumata görə, əldəqayırma partlayıcı qurğu Dağıstanın Kizlyar rayonunda yük qatarının yolunda işə düşüb. Partlayış "17-ci yolayrıcı - Karbaqalı" sahəsində baş verib. 60 vaqondan ibarət yük qatarı relsdən çıxmayıb.

2010-cu ildə Dağıstanda qatarlarda və dəmir yollarında bir neçə partlayış baş verib. Həmçinin, noyabrın 27-də partlayıcı qurğu "17-ci yolayrıcı - Kizlyar" sahəsindən "Həştərxan-Mahaçqala" sərnişin qatarının keçməsindən dərhal sonra işə düşüb.

Bir az əvvəl "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, tez-tez baş verən partlayışlar Rusiya istiqamətində sərnişindaşımalara əhəmiyyətli dərəcədə təsir göstərib.

Xəbər lenti

Xəbər lenti