Azərbaycan, Bakı, 14 fevral /Trend/
Estoniyanın Tartu şəhərində builki ilk "Miss Valentina-2011" beynəlxalq turnirində Azərbaycan gimnastları 18 növ müxtəlif medal qazanıblar. Onlardan səkkizi qızıldır. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinin məlumatında deyilir.
Milli komandanın lideri Aliyə Qarayeva öz yüksək statusunu təsdiq edərək, qurşaq, top və gürzlə hərəkətlərində üç qızıl qazanıb. Bundan başqa, lentlə hərəkətlərdə üçüncü yeri tutub.
Onun komanda yoldaşı Anna Qurbanova qurşaq və lent hərəkətlərində iki dəfə ikinci yeri, yığan Zeynəb Cavadlı və Samirə Mustafayeva isə müvafiq olaraq beşinci və altıncı yerləri tutublar.
Onlara yaraşan formada ölkənin hər iki qrup kollektivi də çıxış edib. Anastasiya Prasolova, Ceyla Quliyeva, Cəmilə Hüseynova, Aelita Xələfova, Səbinə Abbasova və Stefani Tryanovadan ibarət əsas komanda üç lentli/iki qurşaqlı hərəkətlərdə gümüş mükafatçı və beş toplu hərəkətlərdə bürünc medalçı olublar.
"Neftçi" gimnastlarından yığılan Jalə Qaratova, İradə Əhədzadə, Mənsurə Mehdiyeva, Mədinə Həsənova və Aliyə Paşayevadan ibarət digər komanda ikinci hərəkətdə daha yaxşı görünüblər. Buna görə hakimlər onları yoldaşlarından yüksək yerə layiq görüblər (2-ci yer, 5 top).
13 yaşlı Gülsüm Şəfizadə öz rəqiblərini lentlə hərəkətlərdə qabaqlayıb və qurşaqla hərəkətlərdə ikinci yeri tutub, onun həmyaşıdı Ləman Dadaşlı isə gürzlə hərəkətlərdə bürünc medal qazanıb.
Onun adaşı Ləman Hacızadə (1999-cu il təvəllüdlü) də gürz və topla hərəkətlərdə gümüş medal qazanıb.
11 yaşlı Ruqiyyə Səttərovaya ip hərəkətlərində rəqib tapılmayıb, Leyla İbrahimova (2001) əşyasız hərəkətlərdə üçüncü olub, yeddi yaşlı Lalə Kramarenko özünün ilk qızıl medalını qazanıb (əşyasız və qurşaq hərəkətləri).
"Və yalnız ilk gündən ikinci olan yeniyetmələrdən ibarət qrup təəssüf ki, medallardan kənar qalıb, - ölkə yığmasının baş məşqçisi Mariana Vasilyeva deyib. - Hərəkətlərin yerinə yetirilməsində buraxılan iki səhv nəticədə Lalə Yusifovanı, Ayişə Mustafayevanı, Mənsurə Bağıyevanı, Aynur Cabbarlını, Siyana Vasilyevanı və Yekaterina Prokopenkonu dördüncü yerə salıb".
"Lakin bu, bizim bu il ilk startımızdır və mən bütün gimnastlardan razıyam. Onların hamısı özlərinin yeni proqramlarını göstəriblər və mən şadam ki, onlar yaxşı təəssürat yarada biliblər, tamaşaçılar da bizi hər dəfə xalça üzərinə çıxanda dəstəkləyirdi. Başlıcası isə odur ki, Minskdə keçiriləcək Avropa çempionatına üç ay qalmış bizi ciddi iş gözləyir", - Vasilyeva deyib.