...

Azərbaycanda bakalavrların magistratura imtahanlarına buraxılış vərəqələrinin təqdim olunmasına başlanılıb

Cəmiyyət Materials 15 Fevral 2011 12:29 (UTC +04:00)
Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) çərşənbə axşamı ölkənin ali məktəblərinin magistraturalarına imtahanların birinci turunda iştirak etmək istəyənlər üçün bakalavrların buraxılış vərəqələrinin verilməsinə başlayıb.
Azərbaycanda bakalavrların magistratura imtahanlarına buraxılış vərəqələrinin təqdim olunmasına başlanılıb

Azərbaycan, Bakı, 15 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası(TQDK) çərşənbə axşamı ölkənin ali məktəblərinin magistraturalarına imtahanların birinci turunda iştirak etmək istəyənlər üçün bakalavrların buraxılış vərəqələrinin verilməsinə başlayıb. Bu barədə Trend-ə komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağıyev məlumat verib.

Bakalavrlar buraxılış vərəqələrini fevralın 20-dək (20-si daxil olmaqla) TQDK-nın www.tqdk.gov.az saytından götürə bilərlər.

Qəbul imtahanlarının birinci turu fevralın 20-də keçiriləcək. İmtahanlarda iştirak etmək üçün 16 mindən çox bakalavr ərziə verib.

Xəbər lenti

Xəbər lenti