...

Azərbaycanda dövlət əhəmiyyətli su anbarları Fövqəladə Hallar Nazirliyinin balansına verilib

Cəmiyyət Materials 18 Fevral 2011 19:06 (UTC +04:00)
Azərbaycanın su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara və Ceyranbatan su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları Fövqəladə Hallar Nazirliyinin balansına verilib.
Azərbaycanda dövlət əhəmiyyətli su anbarları Fövqəladə Hallar Nazirliyinin balansına verilib

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın su elektrik stansiyaları və onların suqəbuledici qurğuları istisna olmaqla, Mingəçevir, Şəmkir, Yenikənd, Varvara və Ceyranbatan su anbarları, onların mühafizə və sutənzimləyici hidrotexniki qurğuları Fövqəladə Hallar Nazirliyinin balansına verilib.

Trend-in Nazirlər Kabinetinə istinadən verdiyi məlumata görə, bu barədə Nazirlər Kabinetinin dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə nəzarətin həyata keçirilməsi məqsədi ilə imzaladığı sərəncamda qeyd olunub.

Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, su anbarlarının təhlükəsizliyinin təmin edilməsi qaydalarını və respublikada su ehtiyatlarının idarə olunması sistemi barədə təkliflərini 2 ay müddətində Nazirlər Kabinetinə təqdim etsin.

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ölkə ərazisində dövlət əhəmiyyətli su anbarlarının etibarlı mühafizəsinin təmin edilməsi və texniki vəziyyətinə müntəzəm nəzarətin həyata keçirilməsi, həmçinin, onların səmərəli istismar edilməsi və ölkə ərazisində su ehtiyatlarının idarə olunmasının təkmilləşdirilməsi məqsədi ilə Nazirlər Kabineti fevralın 18-də sərəncam qəbul edib.

Xəbər lenti

Xəbər lenti