...

Qafqaz Müsəlmanları İdarəsi Məhəmməd Peyğəmbərin mövludu gününü qeyd edib

Cəmiyyət Materials 21 Fevral 2011 15:06 (UTC +04:00)
Azərbaycanın Qafaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi təmsilçiliyində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub. Bu barədə bazar ertəsi Trend-ə QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi Axundzadə məlumat verib.
Qafqaz Müsəlmanları İdarəsi Məhəmməd Peyğəmbərin mövludu gününü qeyd edib

Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın Qafaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi təmsilçiliyində Məhəmməd Peyğəmbərin mövludu günü qeyd olunub. Bu barədə bazar ertəsi Trend-ə QMİ-nin cənub bölgəsi üzrə nümayəndəsi Hacı Sədi Axundzadə məlumat verib.

Onun sözlərinə görə, tədbirdə din xadimləri və ziyalılar iştirak ediblər. Qeyd olunub ki, Məhəmməd Peyğəmbərin həyatı bütün bəşəriyyət üçün meyar ola bilər.

Lənkəran Dövlət Universitetinin dosenti Mirhaşım Kazımlı tədbirdə Peyğəmbərin həyatı haqqında məruzə ilə çıxış edib.

Mərasimdə Qurani-Kərimdən və Peyğəmdərin kəlamlarından sitatlar gətirlib.

Xəbər lenti

Xəbər lenti