...

Azərbaycanda jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrların biliklərini Mətbuat Şurası da yoxlayacaq

Cəmiyyət Materials 25 Fevral 2011 17:21 (UTC +04:00)
Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyən bakalavrların biliklərini Mətbuat Şurası da yoxlayacaq.
Azərbaycanda jurnalistika üzrə magistraturaya qəbul olmaq istəyən bakalavrların biliklərini Mətbuat Şurası da yoxlayacaq

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda jurnalistika ixtisası üzrə magistraturaya qəbul olunmaq istəyən bakalavrların biliklərini Mətbuat Şurası da yoxlayacaq.

"Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika üzrə magistraturaya daxil olmaq istəyən bakalavrların yazılarının yoxlanılması üçün Mətbuat Şurasına müraciət edəcək", - Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında Dövlət Komissiyasının rəhbəri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, Mətbuat Şurasına olunan müraciətdə yazılı işlərin yoxlanılması məsələsinə münasibət bildirilməsi təklif olunacaq. "Ola bilər ki, bizim qiymətləndirməmiz, tələblərimiz aşağıdır və Mətbuat Şurası daha yuxarı səviyyədə biliklər tələb edir. Biz Mətbuat Şurası ilə qiymətləndirmə prosedurlarını da müzakirə edəcəyik", - Abbaszadə əlavə edib.

TQDK sədri jurnalistika ixtisası üzrə ali təhsil almaq istəyən şəxslərin yazı qabiliyyətinin bəzi hallarda çox aşağı olduğunu bildirib.

"Müəyyən tələbələr var ki, jurnalistika fakültəsini bitirirlər, lakin biz onlara yazılı iş təklif edərkən, onlar mövzu üzərində işləyə bilmirlər. Bəzi hallarda isə onlar təqdim olunan mövzu əvəzinə tamam fərqli mövzu yazırlar", - TQDK sədri qeyd edib.

Azərbaycanda magistraturaya qəbul olunmaq istəyən bakalavrların imtahanlarının birinci mərhələsi fevral 20-də keçirilib. İkinci mərhələnin iyunda keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti