...

Azərbaycan Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə saziş imzalayıb

Cəmiyyət Materials 1 Mart 2011 17:19 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə çərşənbə axşamı saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.
Azərbaycan Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə saziş imzalayıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycan Səhiyyə Nazirliyi Ümumdünya Səhiyyə Təşkilatı ilə çərşənbə axşamı saziş imzalayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin mətbuat xidmətindən bildiriblər.

Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev və Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun direktoru Jujanna Yakabın Bakıda imzaladığı saziş 12-15 sentyabr 2011-ci il tarixləri arasında Bakıda keçiriləcək ÜST-nin Avropa Regional Komitəsinin illik sessiyası ilə bağlı öhdəliklərin icrası və hazırlıq işlərinin görülməsi üçün əməkdaşlığı nəzərdə tutur.

Regional Komitə çərçivəsində Azərbaycana ÜST-nin Avropa regionu üzrə 53 üzv dövlətindən 300-dən artıq yüksəkvəzifəli məsul səhiyyə işçisi Azərbaycana səfər edəcək. Onlar ümumavropa səviyyəsində yeni səhiyyə siyasətinin inkişaf etdirilməsi də daxil olmaqla, regionda ictimai səhiyyə qarşısında duran problemlərin həlli yollarının gücləndirilməsi üçün ümumi planları müzakirə edəcəklər.

Xəbər lenti

Xəbər lenti