...

Avropa İttifaqı Azərbaycanda demokratiyanın inkişafı üçün 1 milyon avrodan çox vəsait ayıracaq

Cəmiyyət Materials 2 Mart 2011 11:25 (UTC +04:00)
Avropa İttifaqı 2011-ci ildə Azərbaycanda demokratiya və insan haqlarının inkişafı üçün 1,2 milyon avro vəsait ayıracaq.
Avropa İttifaqı Azərbaycanda demokratiyanın inkişafı üçün 1 milyon avrodan çox vəsait ayıracaq

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir T.Hacıyev/

Avropa İttifaqı 2011-ci ildə Azərbaycanda demokratiya və insan haqlarının inkişafı üçün 1,2 milyon avro vəsait ayıracaq. Bu barədə "Azərbaycan mediasında redaksiya azadlığı, etika və şəffaflıq" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçisi Fuad Hüseynov bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı ilə Azərbaycan arasında bağlanan sazişlərdə media azadlığı təməl prinsipi kimi göstərilir.

"İnsan haqları və demokratikləşmə Avropa İttifaqının yaxından izlədiyi amildir. Avropa İttifaqı hesab edir ki, söz azadlığı sabitliyə gətirib çıxaran haldır. Aİ bu istiqamətdə Azərbaycana yardım etməyə çalışır", - Hüseynov əlavə edib.

O, qeyd edib ki, Aİ və Avropa Şurası diffamasiya haqqında qanunun qəbulunda Azərbaycana yardım edir.

Xəbər lenti

Xəbər lenti