...

Azərbaycanda texniki peşə məktəblərinin təmiri və tikintisinə 80 milyon manatdan artıq investisiya vəsaiti ayrılıb

Cəmiyyət Materials 2 Mart 2011 12:46 (UTC +04:00)
Azərbaycanda texniki peşə məktəblərinin təmiri və tikintisinə 80 milyon manatdan artıq investisiya vəsaiti ayrılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.
Azərbaycanda texniki peşə məktəblərinin təmiri və tikintisinə 80 milyon manatdan artıq investisiya vəsaiti ayrılıb

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir Z.Əhmədova/

Azərbaycanda texniki peşə məktəblərinin təmiri və tikintisinə 80 milyon manatdan artıq investisiya vəsaiti ayrılıb. Trend-in məlumatına görə, bunu çərşənbə günü jurnalistlərə təhsil naziri Misir Mərdanov deyib.

"Ayrılan vəsaitin 50 milyon manatı ötənilki layihələrin başa çatdırılmasına, 30 milyon manatdan artıq vəsait isə yeni təhsil müəssisələrinin tikintisinə sərf olunacaq", - Mərdanov bildirib.

Onun sözlərinə görə, lakin bu vəsaitlər kifayət etmir, ona görə də nazirlik əlavə yatırımlar gözləyir.

Xəbər lenti

Xəbər lenti