...

Azərbaycan Prezidenti N.K.Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Cəmiyyət Materials 2 Mart 2011 18:46 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nikolay Konstantinoviç Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Azərbaycan Prezidenti N.K.Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Nikolay Konstantinoviç Baybakovun xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Bakı şəhər İcra Hakimiyyətinə şəhərin küçələrindən birinə Nikolay Konstantinoviç Baybakovun adının verilməsini, Sabunçu rayonundakı 67 nömrəli məktəbin qarşısında onun büstünün qoyulmasını və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Balaxanıneft" Neft və Qazçıxarma İdarəsinin inzibati binasına xatirə lövhəsinin vurulmasını təmin etmək; Sənaye və Energetika Nazirliyi, Təhsil Nazirliyinə ARDNŞ ilə birlikdə Nikolay Konstantinoviç Baybakovun fəaliyyətinə həsr olunmuş konfrans keçirmək; Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ilin mart ayında tanınmış ictimai xadim, Sosialist Əməyi Qəhrəmanı Nikolay Konstantinoviç Baybakovun 100 illiyi tamam olur.

Xəbər lenti

Xəbər lenti