Azərbaycanda korrupsiya görə yeddi vəzifəli şəxs həbs olunub

Azərbaycanda korrupsiya görə yeddi vəzifəli şəxs həbs olunub

Azərbaycan, Bakı, 3 mart /Trend/

Azərbaycanda korrupsiya görə bir neçə vəzifəli şəxs həbs olunub. Bu barədə Baş prokurorluğun cümə axşamı yayılan məlumatında bildirilir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Zeynalov Mürvət Rəsul oğlu Şamaxı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunda nəzərdə tutulmuş bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və ya icarə hüquqlarının yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilməsi barədə tələblərini pozmaqla, hərrac və ya müsabiqə, eləcə də bələdiyyə üzvlərinin ümumi yığıncağı keçirilmədiyi halda, 271 şəxsə torpaq sahəsi ayrılması haqqında qanunsuz qərarlar verərək Şamaxı bələdiyyəsinin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurmuşdur.

Bundan başqa, Əfəndiyev Mehman Ədalət oğlu Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin müdiri vəzifəsində işləyərkən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə mövcud qanunvericiliyin tələblərini pozaraq, 265 şəxsə torpaq sahəsinin müsabiqədənkənar yolla satılması barədə müsbət rəylər verərək dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olmaqla mühüm zərər vurmuşdur.

Həmin hərəkətlərinə görə Mürvət Zeynalov və Mehman Əfəndiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Əhmədov Fərman Kərim oğlu Şamaxı rayonunun Mədrəsə bələdiyyəsinin sədri vəzifəsində işləyərkən qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə "Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" qanunda bələdiyyə torpaqlarının vətəndaşlara alqı-satqı yolu ilə mülkiyyətlərinə verilməsi ilə bağlı qadağaların mövcud olmasına baxmayaraq, həmin qanunun, eləcə də mövcud qanunvericiliyin tələblərini kobud surətdə pozaraq, bələdiyyə üzvlərinin ümumi yığıncağını keçirmədən ayrı-ayrı şəxslərə torpaq sahələri ayırmaqla bələdiyyənin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.

Fərman Əhmədov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

İstintaqla müəyyən edilmişdir ki, Bəhramov Mir Hamil Mir Əlövsət oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 10 nömrəli zona tibbi-sosial ekspert komissiyasının sədri vəzifəsində işlədiyi dövrdə əlillik dərəcələri almaq üçün müraciət etmiş şəxslərə qanunla müəyyən edilmiş güzəştlər əldə olunmasında köməklik göstərmək məqsədilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 avqust 1997-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Tibbi-sosial ekspert komissiyaları haqqında" Əsasnamənin tələblərini kobud surətdə pozaraq, əlillik dərəcəsinin verilməsinə əsas olan xəstəlikdən əziyyət çəkməyən şəxslərə külli miqdarda sosial müavinət və əmək pensiyaları verməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurmuşdur.

Həmin hərəkətlərinə görə Mir Hamil Bəhramov Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Tarverdiyev Aydın Tarverdi oğlu Salyan rayonunun Xıdırlı bələdiyyəsinin sədri vəzifəsində işləyərkən Cəfərov Yusif Əfqan oğlundan torpaq hərracı və müsabiqəsi keçirilmədən, sənədləri saxtalaşdırmaqla 9 hektar torpaq sahəsinin onun arvadı Cəfərova Leyla Ramiz qızının adına rəsmiləşdirməsinə görə 71.0 min manat məbləğində rüşvət almış və tərtib etdiyi saxta sənədləri Yusif Cəfərova təqdim edərək 9 hektar torpaq sahəsini torpaq hərracları və müsabiqələri keçirilmədən ayrılmasına dair qanunsuz qərar qəbul edib həmin torpağın alqı-satqı yolu ilə vətəndaşın mülkiyyətinə verilməsini təşkil etmişdir.

Bundan başqa, Aydın Tarverdiyev həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə, Cəbrayılov Balakişi Talıb oğlunun adına olan Xıdırlı kəndi ərazisindəki kənd təsərrüfatı təyinatlı 1 hektar torpaq sahəsinin təyinatının dəyişdirilməsini təşkil edəcəyini vəd edərək, sonuncudan rüsum adı altında 1.800 manat məbləğində pul almış və torpaq sahəsinin təyinatının dəyişdirilməsinə dair rəsmi dövlət sənədini saxtalaşdırmaqla həmin sənədi Balakişi Cəbrayılova təqdim edərək sonuncunun xeyli miqdarda əmlakını aldatma yolu ilə ələ keçirib dələduzluq etmişdir.

Tarverdiyev Aydın Tarverdi oğlu Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq), 178.2.4, 308.2, 311.3.3 (rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma və onlardan istifadə etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Bundan başqa, istintaqla müəyyən edilmişdir ki, Hüseynov Səfər Hüseyn oğlu Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsinin müdiri vəzifəsini icra edərkən həmin şöbənin bir sıra vəzifəli şəxsləri ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, əvvəllər həmin şöbədən müavinət almış və müavinətin alınma müddəti bitmiş vətəndaşların şəxsi hesablarını bağlamayıb həmin hesablardan istifadə etməklə, qeyd edilən şöbədən əmək pensiyası və əlilliyə görə pensiya alan şəxslərin adlarını başqa hesablara da daxil etməklə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edib vəzifə saxtakarlığı törətməklə onların bank hesablarına ödəniş reyestrləri ilə pul vəsaitlərini köçürüb bankomatlardan plastik kartlarla ələ keçirmişdir. Səfər Hüseynov həmçinin, vəfat etmiş şəxslərin dəfn xərclərinə görə artıq pul vəsaiti hesablayaraq, onların hesablarına 1 milyon 9.740 manat məbləğində vəsait köçürməklə ona etibar edilmiş özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talayaraq dövlət mənafeyinə mühüm zərər vurmuşdur.

Həmin hərəkətlərinə görə Səfər Hüseynov Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Abdurrahmanov Qismət Abdurrahman oğlu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kürdəmir rayon şöbəsinin direktoru vəzifəsində işləyərkən ünvanlı sosial dövlət yardımı almaq üçün müraciət etmiş vətəndaşlardan xidməti vəzifəsinin icrası ilə əlaqədar ünvanlı sosial dövlət yardımı təyin edilməsindən ötrü külli miqdarda pulu özü üçün rüşvət kimi tələb edərək almışdır.

Bundan başqa o, həmin vəzifədə işləyərkən qulluq mövqeyindən istifadə etməklə dövlət büdcəsindən vətəndaşlara ünvanlı dövlət sosial yardım verilməsi üçün ayrılmış pul vəsaitini ələ keçirmək məqsədilə vətəndaşların xəbəri olmadan tamah niyyəti ilə onların adlarına saxta tərtib edilmiş rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil edərək vəzifə saxtakarlığı törətməklə qeyd olunan sənədlər əsasında ayrılmış külli miqdarda özgə əmlakını mənimsəmə və israf etmə yolu ilə talamışdır.

Həmin hərəkətlərinə görə Qismət Abdurrahmanov Cinayət Məcəlləsinin 179.3.2, 311.3.3 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Azərbaycan Respublikası Prokurorluğu orqanları bundan sonra da korrupsiya cinayətlərinin qarşısının alınması, cinayət törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsi, korrupsiya hüquqpozmalarını doğuran səbəb və şəraitin müəyyən edilməklə aradan qaldırılması və bu sahədə üzərinə düşən vəzifələri dövlət tərəfindən göstərilən etimad səviyyəsində yerinə yetirmək istiqamətində zəruri tədbirlərin həyata keçirilməsini təmin edəcəkdir.

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Bitkoindən daha bir tarixi rekord
Bitkoindən daha bir tarixi rekord
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Loading Bars
Xəbər lenti
Energetika naziri Ukraynanın infrastruktur naziri Vladislav Krikli ilə görüşüb (FOTO)
Ramana qəsəbəsində Mərkəzi küçə əsaslı şəkildə təmir olunur (FOTO)
A-qroup-un İdarə Heyətinin yeni sədri - Abas Miskərli
Unibank biznes sahibləri üçün Bahar kampaniyasını davam etdirir
Prezident İlham Əliyev: Ermənistan Birinci Qarabağ müharibəsində törətdiyi bir çox müharibə cinayətlərini gizlədə bilmişdi
Dövlət büdcəsinə gömrük rüsumlarından daxilolmalar artıb
Qubadlıda Həkəri və Bərgüşad çaylarına qızıl xallı farel balıqları buraxılıb
Dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələri Hərbi Qənimətlər Parkına gəlib (FOTO)
Prezident İlham Əliyev Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə bağlı sərəncam imzalayıb
Bu il 35 minədək şəxs aktiv məşğulluq tədbiri ilə əhatə olunub
Azərbaycan Prezidenti: Pakistan qarşıdurmanın ilk günündən son gününədək Azərbaycanı açıq şəkildə dəstəklədi
Hərbi Qənimətlər Parkı Azərbaycan xalqının tarixi qalibiyyətinin simvollarından birinə çevrildi
Azərbaycanda qızıl və gümüş ucuzlaşıb
Azad olunan ərazilərə icazəsiz keçmək istəyənlərin qarşısı alınır (FOTO)
Qarabağda "İsgəndər-M" qalıqlarının tapılması Rusiya və Azərbaycan hərbçiləri arasında müzakirə olunur - Peskov
Bitkoindən daha bir tarixi rekord
Tərtərdə yol polisi reyd keçirib
Prezident İlham Əliyev: Biz ATƏT-in Minsk qrupundan regionda dinc həyatın nizamlanması üzrə təkliflər gözləyirik
Kafedə toy edənlər məsuliyyətə cəlb edilib
Bakı Slavyan Universitetində "Nizami Gəncəvinin əsərlərində qadın obrazları" adlı ədəbi-musiqili tədbir keçirilib (FOTO)
Havalar isinir, bəs Azərbaycanda turizm sahəsində vəziyyət necədir? - Ekspert açıqladı
İranda ötən sutka 291 nəfər koronavirusdan ölüb
Azərbaycan Beynəlxalq Bankının əməkdaşları beynəlxalq turnirin qalibi olub
Peyvənd olunan şəxslər tam arxayınlaşmalı deyil - Baş infeksionist
Prezident İlham Əliyev: İndi qonşularımız regional inkişafla bağlı bizim baxışlarımızı paylaşırlar
Dövlət sosial sığorta şəhadətnaməsi ləğv edilir
Xüsusi qorunma statusu olan 35 Şərq çinarını ermənilər məhv edib - Nazirlik rəsmisi
İşə qəbul zamanı sosial sığorta şəhadətnaməsi tələb edilməyəcək
Sabah yağış yağacaq, külək arabir güclənəcək
Hacıqabulda toy məclisi aşkarlanıb, 6 nəfər cərimələnib
Prezident İlham Əliyev: Bizim regionda əməkdaşlıq yaratmağımız beynəlxalq uğurumuzdur
Müharibə veteranları ilə bağlı yenilik - Qanun dəyişir
Şəhidlər və ailə üzvləri barədə vahid informasiya bazası yaradılacaq
Prezident İlham Əliyev: Hər hansı revanş niyyətinin qarşısı sərt şəkildə alınacaq
Prezident İlham Əliyev: Biz azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafında İtaliyanın təcrübəsindən istifadə etməyə ümid edirik
"MFX- Trading İnvestisiya Şirkəti” səhm bazarı üzrə 1-ci yeri tutub
Bakıda hava proqnozları 94 faiz özünü doğruldur - Umayra Tağıyeva
Qarabağda ermənilər 54 min hektar meşə sahəsini məhv edib - Nazir müavini
Azərbaycan Prezidenti: Bərpa prosesinin ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etmişik
Prezident İlham Əliyev: Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq
Zəngilan rayonunun Sarıqışlaq kəndi (VİDEO)
Prezident İlham Əliyev: İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır
Dövlət qurumlarında satınalmalar düzgün rəsmiləşdirilmir - Palata sədri
Azərbaycan Prezidenti: Ermənistan əlaqə qurmaq istəyərsə, biz də əlimizdən gələni etməyə hazırıq
Bakı Ali Neft Məktəbində Beynəlxalq Elmi Konfransların açılış mərasimi keçirilib (FOTO)
Prezident İlham Əliyev: Qarabağda əsas infrastruktur layihələrini 3 il ərzində başa çatdırmağı planlaşdırırıq
Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində ekoloji terror törədiblər - Firdovsi Əliyev
Prezident İlham Əliyev: Biz Prezident Vladimir Putinlə “İsgəndər-M” raketi ilə bağlı məsələni müzakirə etmişik
Sabunçuda aptek və evlərdən oğurluq edənlər saxlanılıb (FOTO/VİDEO)
Rusiyadan Azərbaycana gələn şəxsin avtomobilində silah aşkarlanıb
Həyat yoldaşını qətlə yetirən ruhi xəstə ilə bağlı cinayət işi məhkəməyə göndərilib
Milli Məclisdə Hesablama Palatasının hesabatı dinlənilir
Lavrov və Zərif Qarabağdakı vəziyyəti müzakirə edib
Prezident İlham Əliyev: Azərbaycan XXI əsrin müharibəsini aparmaqla yanaşı, mənəviyyat müharibəsi aparırdı
Ceyranbatan su kanalında batmış 18 yaşlı qızın meyiti tapılıb
ƏƏSMN-in elektron portalında qeydiyyatdan keçmiş aktiv istifadəçilərin sayı 879 minə çatıb
Saatlıda yas mərasimi aşkar edilib
Prezident İlham Əliyev: Ermənilər nəhəng istehkam tikməklə bu əraziləri həmişəlik işğalda saxlamaq istəyib
Azərbaycan nefti bahalaşır
Milli Məclisin növbəti plenar iclası başlayıb
Prezident İlham Əliyev: Azərbaycan hər zaman münaqişənin tez tənzimlənməsində maraqlı olub
İşğaldan azad edilmiş ərazilərimizin kütləvi minalanmasına dair ABŞ-da televiziya verilişi yayımlanıb
Həftəlik hava proqnozu açıqlanıb
Bərdədə ad günü keçirənlər saxlanılıb
Kafedə bir nəfəri bıçaqla qətlə yetirən, bir neçə nəfəri yaralayan şəxsin cinayət işi məhkəməyə göndərilib
Azərbaycan Ordusunun sülhməramlı bölmələrində təlim məşqləri keçirilib (VİDEO)
Prezident İlham Əliyev: Dağıntılar Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan mədəniyyətinin irsini silmək üçün törədilib
Prezident İlham Əliyev: Bizim azad etdiyimiz ərazilərdəki dağıntılar ən pis gözləntiləri də aşır
Bərdədə yas mərasimləri aşkar edilib
Müalicə aldığı ünvanı tərk edən koronavirus xəstəsi saxlanılıb
Salyanda yol polisi reyd keçirib (FOTO)
Prezident İlham Əliyev: Biz heç vaxt Xocalı soyqırımını unutmayacağıq
Nöqsanlar aşkarlanan bu restoran bağlandı (FOTO)
Prezident İlham Əliyev: Münaqişə ilə bağlı çoxlu suallar qalmaqdadır (YENİLƏNİB)
Azərbaycan dəmir yolları vasitəsi ilə yüklərin daşınması müzakirə olunub (FOTO)
Qarabağda 13 hidroloji stansiya quraşdırılacaq
Küçədə 8 koronavirus xəstəsi saxlanılıb, 3 nəfərə cinayət işi açılıb
Balakəndə koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb
Mart ayında pensiya alanların ümumi sayı 715 mindən çox olub
Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və “Qaynar xətt”i vasitəsilə 1192 zəng qəbul edilib
Prezident İlham Əliyev ADA Universitetində keçirilən konfransda çıxış edib (FOTO/VİDEO)
25 şəhər və rayonda buraxılış imtahanı keçiriləcək
Cəbrayıl və Qubadlıda jurnalistlərin iştirakı ilə ağacəkmə aksiyası keçiriləcək
Bu il Ramazan ayı ötən ilki qaydalar çərçivəsində keçiriləcək - Hacı Şahin
Deputatlar bu gün 9 məsələnin müzakirəsinə toplaşır
Ağ Şəhərdə yağış suları kollektorlarının çəkilişi davam edir (FOTO)
Siyəzəndə gənc qız kanalda batıb
Aprelin 13-də xarici valyutaların manata qarşı məzənnələri
Qazaxıstanda son sutkada koronavirusa 2 016 nəfər yoluxub
Ali Baş Komandan Qarabağ vədini reallaşdırdı: Azərbaycan xalqı etimadında yanılmadı
Tovuzda toy mərasiminin keçirilməsinin qarşısı alınıb
ABŞ ordusunun Əfqanıstandan çıxardılması planları hazırlanıb
Rusiya Türkiyə və Tanzaniya ilə hava əlaqəsini dayandırır
Türkiyədə son sutkada koronavirusdan 41 218 nəfər sağalıb
ABŞ-da naməlum şəxs məktəbdə atışma törədib, ölən var
Rusiyanın şərqində zəlzələ baş verib
Meksika radiosunda Azərbaycan tərəfindən Qarabağda aparılan yenidənqurma işləri üçün mövcud maneələr haqda danışılıb
Dünyanın ən hündür “Bürc-Xəlifə” qülləsində kosmosa ilk uçan Yuri Qaqarinin şəkili əks olunub
Çavuşoğlu və Blinken Əfqanıstan və Suriyadakı sülh prosesini müzakirə ediblər
Hindistan Rusiyanın “Sputnik V” peyvəndini istifadə üçün təsdiqlədi
Bütün xəbərlər