...

Azərbaycanda fəaliyyətlərində kobud qanun pozuntularına yol verdiyi üçün 3 hakim cəzalandırılıb

Cəmiyyət Materials 4 Mart 2011 20:44 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
Azərbaycanda fəaliyyətlərində kobud qanun pozuntularına yol verdiyi üçün 3 hakim cəzalandırılıb

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir K.Zərbalıyeva/

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

Şuradan cümə günü Trend-ə verilən məlumatda deyilir ki, iclasda Şuranın Korrupsiyaya qarşı mübarizə sektoru tərəfindən aparılmış araşdırmalar nəticəsində 3 hakim barədə başlanılmış intizam icraatlarına baxılıb. İnsan haqlarının kobud pozulması, vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni manelər yaradılması, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Gədəbəy rayon məhkəməsinin hakimi Hüseyn Hüseynovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin hakimi Marif Kazımovun intizam qaydasında iş yerinin dəyişdirilməsi barədə qərar qəbul edilib, Mingəçevir şəhər məhkəməsinin sədri Fərhad Əfəndiyevə töhmət verilib.

Fikrət Məmmədovun sədrliyi ilə keçirilən tədbirdə korrupsiyaya şərait yaradan hüquqpozmalara yol verdiklərinə görə 17 hakim barədə intizam icraatlarının başlanılması, o cümlədən 8 nəfərin səlahiyyətlərinə xitam verilməsi və ya aşağı işə keçirilməsi qeyd edilib.

Xəbər lenti

Xəbər lenti