...

Azərbaycandan uşaq övladlığa götürmək istəyən 7 əcnəbi ailə qeydiyyata alınıb

Cəmiyyət Materials 9 Mart 2011 15:25 (UTC +04:00)
Azərbaycandan uşaq övladlığa götürmək istəyən 7 əcnəbi ailə qeydiyyata alınıb.
Azərbaycandan uşaq övladlığa götürmək istəyən 7 əcnəbi ailə qeydiyyata alınıb

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycandan uşaq övladlığa götürmək istəyən 7 əcnəbi ailə qeydiyyata alınıb.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan hökumətinin ötən ilin yekunlarına dair Milli Məclisə təqdim etdiyi hesabatında bildirilir.

Hesabatda qeyd olunub ki, övladlığa uşaq götürmək üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciət edən əcnəbi ailələrin müraciətləri araşdırılır.

Ötən il Komitəyə müraciət edən 6 əcnəbi ailədən 3-nün (İsveçrə, ABŞ və Rusiyadan olan) sənədləri məqbul hesab olunaraq müvafiq qərar çıxarılması üçün məhkəmələrə göndərilib, məhkəmələr tərəfindən müvafiq qərərlar qəbul edilib.

Azərbaycanda 3 yaşınadək uşaqların övladlığa verilməsi Səhiyyə Nazirliyi, 3 yaşdan 18 yaşadək uşaqların övladlığa verilməsi isə Təhsil Nazirliyinin təqdim etdiyi siyahılar əsasında məhkəmələr tərəfindən həyata keçirilir.

Azərbaycan vətəndaşı olan uşaqların əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsinə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin razılığı əsasında icazə verilir.

Xəbər lenti

Xəbər lenti