...

Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Cəmiyyət Materials 11 Mart 2011 11:49 (UTC +04:00)
Azərbaycanda sabah hava şəraiti əsasən yağmurlu olacaq
Azərbaycanda yağmurlu hava şəraiti davam edəcək

Azərbaycan, bakı, 11 mart /Trend, müxbir M.Əliyev/

Azərbaycanda sabah hava şəraiti əsasən yağmurlu olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən cümə günü Trend-ə bildiriblər ki, martın 12-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin buludlu olacağı, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu gecə 2-4 dərəcə isti, gündüz 5-7 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında martın 12-də hava şəraitinin fasilələrlə yağıntılı olacağı, dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu gecə 1-5 dərəcə isti, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti