...

Gürcüstan azərbaycanlıları azyaşlı uşağın ermənilər tərəfindən öldürülməsinə etiraz edir

Cəmiyyət Materials 12 Mart 2011 13:39 (UTC +04:00)
Təşkilatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, azyaşlı uşağın Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin hökm sürdüyü bir vaxtda öldürülməsi Ermənistanın təcavüzkar və qeyri-insani əməllərindən əl çəkmək fikrində olmadığını sübut edir.
Gürcüstan azərbaycanlıları azyaşlı uşağın ermənilər tərəfindən öldürülməsinə etiraz edir

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir K.Zərbalıyeva/

"Gürcüstan mənim vətənimdir" təşkilatı azyaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən qətlə yetirilməsi ilə bağlı etiraz bəyanatı yayıb.

Təşkilatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, bəyanatda deyilir ki, azyaşlı uşağın Azərbaycan və Ermənistan arasında atəşkəs rejiminin hökm sürdüyü bir vaxtda öldürülməsi Ermənistanın təcavüzkar və qeyri-insani əməllərindən əl çəkmək fikrində olmadığını sübut edir.

"Ermənilərin azərbaycanlılara qarşı tarix boyu törətdikləri soyqırım və qətliamlarda körpələr, kiçik yaşlı uşaqlar, qocalar, qadınların xüsusi amansızlıqla qətlə yetirilməsi faktları dünya ictimaiyyətinə məlumdur. Atəşkəs rejiminin Ermənistan tərəfindən mütəmadi olaraq pozulması nəticəsində dinc sakinlərin gülləyə tuş gələrək həlak olması halları tez-tez baş verir. Erməni snayperi tərəfindən azyaşlı azərbaycanlı uşağın hədəfə alınması isə insanlığa sığmayan bir vəhşilikdir", - bəyanatda deyilir.

"Gürcüstan mənim vətənimdir" İctimai Birliyi dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatları, həmçinin uşaqların hüquqlarının müdafiəsi sahəsində tanınmış təşkilatları Ermənistan tərəfindən törədilmiş qeyri-insani əməli qınamağa çağırıb.

Təşkilat hesab edir ki, dünya ictimaiyyəti azyaşlı uşağın atəşkəs rejimi zamanı qətlə yetirilməsi faktına lazımi münasibət nümayiş etdirməsə, bu cür qeyri-insani əməllər təkrarlana bilər.

Xəbər lenti

Xəbər lenti