...

Azərbaycan DSMF sığorta-pensiya islahatları barədə sorğu keçirib

Cəmiyyət Materials 14 Mart 2011 11:09 (UTC +04:00)
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr üzrə təbliğat işlərini gücləndirmək məqsədilə keçirilən növbəti interaktiv sorğu başa çatıb.
Azərbaycan DSMF sığorta-pensiya islahatları barədə sorğu keçirib

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) internet saytında (www.sspf.gov.az) ictimaiyyətlə əlaqələri daha da inkişaf etdirmək, əhalinin sığorta-pensiya islahatları barədə nə dərəcədə məlumatlı olmasını öyrənmək və vətəndaşların daha az informasiyaya malik olduğu sahələr üzrə təbliğat işlərini gücləndirmək məqsədilə keçirilən növbəti interaktiv sorğu başa çatıb.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan bazar ertəsi Trend-ə bildiriblər ki, bu dəfəki sorğu zamanı respondentlərə "Pensiyanızın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bilirsinizmi?" sualı ünvanlanıb.

Sorğunun yekun nətıcələrinə əsasən, respondentlərin 62,44 faizi suala "bəli", 21,71 faizi isə "xeyr" cavabını veriblər. Sorğuya qatılanların 15,85 faizi isə ümumiyyətlə, bu barədə məlumatsız olduqlarını vurğulayıblar.

Sorğunun nəticələri göstərir ki, respondentlərin böyük əksəriyyəti - 62,44 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğundan məlumatlıdır. Bu isə son dövrlər əhali arasında aparılan maarifləndirmə işlərinin, kütləvi informasiya vasitələrindən istifadə etməklə təbliğatın daha da gücləndirilməsinin nəticəsidir. 2009-ci ilin sonunda keçirilən analoji sorğunun nəticələri tamamilə fərqli olmuşdu. Həmin dövrdə keçirilən sorğu zamanı rerspondentlərin cəmi 34,9 faizi pensiyanın miqdarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının miqdarından asılı olduğunu bildiyini nəzərə çatdırmışdı.

Xəbər lenti

Xəbər lenti