...

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası "Baltic Hoop" beynəlxalq turnirinin qalibi olub

Cəmiyyət Materials 14 Mart 2011 14:49 (UTC +04:00)
Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası Riqada keçirilən "Baltic Hoop" beynəlxalq turnirinin qalibi olub.
Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası "Baltic Hoop" beynəlxalq turnirinin qalibi olub

Azərbaycan, Bakı, 14 mart /Trend/

Azərbaycanın yeniyetmələrdən ibarət qrup komandası Riqada keçirilən "Baltic Hoop" beynəlxalq turnirinin qalibi olub. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən bildirilib.

Lalə Yusifova, Ayişə Mustafayeva, Mənsurə Bağıyeva, Aynur Cabbarlı, Siyanə Vasileva və Səbinə Qaratovadan ibarət kollektiv beş ipli kompozisiyanı səhvsiz yerinə yetirib.

Azərbaycan gimnastları bütün hərəkətlər üzrə müvafiq olaraq ikinci və üçüncü yerləri tutan Sankt-Peterburqdan olan kollektivi və Estoniya komandasını arxada qoyublar.

Həmin gecə Azərbaycan bayrağı daha iki dəfə Zeynəb Cavadlının şərəfinə Riqa İdman Kompleksində yuxarı qaldırılıb. O, topla və gürzlə çıxışdan sonra fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Anoloji vəziyyət çoxnövçülükdə də yarana bilərdi, lakin proqramın bu növündə Cavadlı 22 iştirakçı arasında dördüncü yerlə kifayətlənib.

"Bu, hələ hamısı deyil. Turnir başa çatandan dərhal sonra zalda iştirak edən rəssamların hamısı Zeynəbi "Miss gözəl" və "Miss Simpatiya" adına layiq görüblər. Məhz rəssamların, mən səhv etmədim! Nə qədər qəribə də olsa, bu incəsənət adamları gimnastların Qala-konsertdəki çıxışlarını qiymətləndiriblər", - öz sevincini gizlədə bilməyən ölkə yığmasının baş məşqçisi Mariana Vasileva deyib.

"Mənim təəssüratlarım?... Mən gimnastlarımızın çıxışından çox razıyam, onlar mükafatlara layiq görülmələri ilə yanaşı, müsbət təəssürat yaradıblar", - baş məşqçi qeyd edib.

Novruz Bayramı gülərində - martın 23-27-də İtaliyanın Pesaro şəhərində baş tutacaq növbəti yarışadək Dünya Kubokunun növbəti mərhələsi və Aliyə Qarayeva və Anna Qurbanovanın, böyüklərdən və yeniyetmələrdən ibarət qrup, eləcə də yeniyetmələr - 13 yaşlı Ləman Dadaşlı və Gülsüm Şəfizadənin çıxış edəcəyi beynəlxalq turnir keçiriləcək. Bu barədə bədii gimnastika üzrə Azərbaycan yığmasının baş məşqçisi bildirib.

Xəbər lenti

Xəbər lenti