...

Ermənistandakı "Metsamor" AES-in fəaliyyəti region üçün təhlükədir - Azərbaycan Radiasiya Problemləri İnstitutunun direktoru (VİDEO)

Cəmiyyət Materials 14 Mart 2011 15:34 (UTC +04:00)
Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının (AES) fəaliyyəti region üçün təhlükədir.
Ermənistandakı "Metsamor" AES-in fəaliyyəti region üçün təhlükədir - Azərbaycan Radiasiya Problemləri İnstitutunun direktoru (VİDEO)

Azərbaycan, Bakı, 14 mart /Trend, müxbir T.Hacıyev/

Ermənistandakı "Metsamor" atom elektrik stansiyasının (AES) fəaliyyəti region üçün təhlükədir. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Radiasiya Problemləri İnstitutunun direktoru, kimya elmləri doktoru Adil Qəribov Yaponiyanın "Fukusima-1" AES-də baş verən qəzanı şərh edərkən bildirb.

Onun sözlərinə görə, "Metsamor" AES köhnə texnologiyalarla tikilib və həmin reaktorun fəaliyyət müddəti 25 ildir.

"Reaktorun istifadə müddəti 2001-ci ildə başa çatıb. 2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən ümummilli lider Heydər Əliyev bu məsələni qaldırmışdı və qeyd etmişdi ki, Ermənistanda yerləşən AES öz fəaliyyətini dayandırmalıdır. Çünki həmin AES köhnəlmiş texnologiyalarla işləyir və fəaliyyət müddəti bitib. Ona görə də region üçün təhlükə yarada bilər. Azərbaycan dövləti tərəfindən xahiş olunmuşdu ki, Ermənistanda yerləşən AES-in fəaliyyətinin dayandırılması məsələsi BAEA-da baxılsın. O vaxt müəyyən köməkliklər nəticəsində reaktorların ömrü 12-13 il uzadılmışdı", - Qəribov əlavə edib.

O vurğulayıb ki, reaktorun ömrü üçüncü dəfə uzadılmamalı və fəaliyyəti dayandırılmalıdır.

"Mən mütəxəssis kimi deyə bilərəm ki, bu reaktorların dayandırılması və üçüncü dəfə ömrünün uzadılmamasının vaxtı çatıb. BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq prtokolu olmalıdır. Bu iş razılıq əsasında olmalıdır", - o deyib.

Qəribov bildirib ki, həmin konvensiyanın maddələrinə istinadə edərək, qonşu dövlətlər birlikdə bu AES-in fəaliyyətinin dayandırılmasını tələb etməlidirlər.

Qəribov onu da vurğulayıb ki, Ermənistandakı AES-in Yaponiyadakı texnologiyalar kimi davamlı olması inandırıcı deyil.

"Hər hansı hadisə baş verərsə, biz inanmırıq ki, həmin texnologiya Yaponiyanın texnologiyası kimi davamlı olsun. Bu texnologiyanın hansısa hissəsində olan sızma nəticəsində əmələ gələn bulud Azərbaycan ərazisinə gələ bilər. Bu stansiyanın yalnız bir hissəsinin işləməsinə baxmayaraq, hesab edirəm ki, həmin AES-in fəaliyyətinin dayandırılması gündəmdə olmalıdır", - o bildirib.

Qəribovun sözlərinə görə, "Metsamor" AES Türkiyə üçün də böyük təhlükədir.

O deyib ki, Ermənistan hazırda yeni reaktor tikir və bu reaktorun 1060 meqavat gücündə olacağı planlaşdırılır.

"Reaktorun tikilməsi üçün artıq tender də keçirilir. Mən bildiyimə görə, bu tenderdə Rusiya texnologiyasına üstünlük verilir. Əgər reaktor tikiləsi olsa, bu stansiyanın da tikilməsində bütün qonşu dövlətlərin razılığı olmalıdır", - Qəribov deyib.

Get the Flash Player to see this player.

Xəbər lenti

Xəbər lenti