...

Bakıda London-2012 Olimpiya və Paralimpiya Oyunlarına "Son 500 gün" kampaniyasının yekunlaşmasına həsr edilmiş tədbir keçirilib

Cəmiyyət Materials 15 Mart 2011 10:33 (UTC +04:00)
Bakıda London-2012 Olimpiya və Paralimpiya Oyunlarına "Son 500 gün" kampaniyasının başa çatmasına həsr olunmuş tədbir keçirilib.
Bakıda London-2012 Olimpiya və Paralimpiya Oyunlarına "Son 500 gün" kampaniyasının yekunlaşmasına həsr edilmiş tədbir keçirilib

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir M.Əliyev/

Bakıda London-2012 Olimpiya və Paralimpiya Oyunlarına "Son 500 gün" kampaniyasının başa çatmasına həsr olunmuş tədbir keçirilib.

Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Karolin Braun qeyd edib ki, London dünyadakı bütün şəhərlərin hamısından çox Olimpiya Oyunları təşkil edib və Böyük Britaniya artıq 2012-ci ildə bu oyunları qəbul etməyə hazırdır.

Səfirin sözlərinə görə, Londonda əlil idmançılar üçün də hər cür şərait yaradılıb. Paralimpiya oyunlarına 80 000 tamaşaçının gələcəyi gözlənilir.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov mərasimdə bildirib ki, Azərbaycan hər dəfə Olimpiya Oyunlarında daha çox uğur qazanır. Onun sözlərinə görə, Azərbaycanın bu kampaniyanın keçirilməsi üçün beş ölkədən biri kimi seçilməsi mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə bu kampaniyada fəal iştirak edən məktəblər və idmançılar mükafatlandırılıblar.

Fevralda Böyük Britaniyanın Azərbaycandakı səfirliyi 2012-ci ildə Londonda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları çərçivəsində "Son 500 gün" kampaniyasına start verib.

Xəbər lenti

Xəbər lenti