Azərbaycan, Bakı, 16 mart /Trend, müxbir T.Hacıyev/
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF) martın 16-da Novruz bayramı münasibətilə keçirdiyi fərdi jurnalist yazıları müsabiqəsinin nəticələrini açıqlayıb. Trend-in məlumatına görə, altı istiqamət üzrə 71 jurnalistin qatıldığı müsabiqədə 21 jurnalist qalib hesab edilib. Qaliblərin siyahısı KİVDF-nin rəsmi saytında dərc olunub: http://kivdf.gov.az/news.php?newsID=144
Qalib jurnalistlərin hər birinə 1000 manat pul və fondun xüsusi diplomu təqdim olunacaq.