...

Bakıda Çanaqqala döyüşünün 96-cı ildönümü qeyd edilib

Cəmiyyət Materials 18 Mart 2011 15:27 (UTC +04:00)
Cümə günü Bakıda Çanaqqala döyüşünün 96-cı ildönümü qeyd edilib.
Bakıda Çanaqqala döyüşünün 96-cı ildönümü qeyd edilib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir A.Tağıyeva/

Cümə günü Bakıda Çanaqqala döyüşünün 96-cı ildönümü qeyd edilib.

Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıc Bakıda türk əsgərlərinin abidəsi önünə əklil qoyub.

Bundan başqa, Türkiyə səfirliyi yanında Mədəniyyət Mərkəzində döyüşdə həlak olanların xatirəsinə həsr edilən mərasim keçirilib.

Çanaqqala döyüşü Birinci Dünya Müharibəsi zamanı Antanta ölkələri (Fransa və Böyük Britaniya) və Osmanlı imperiyası arasında gedən vuruşmadır. Dənizdə və quruda gedən döyüşlər osmanlıların qələbəsi ilə başa çatıb. Müharibənin dönüş vaxtı 18 mart 1915-ci il hesab edilir. Bu simvolik tarix hər il təntənəli şəkildə türkiyədə qeyd edilir.

Döyüşdə 3 minə yaxın azərbaycanlı əsgər həlak olub.

Xəbər lenti

Xəbər lenti