...

Mədəniyyətin dini məsələlərə təsiri Bakıdakı forumun mövzusu olacaq - nazir

Cəmiyyət Materials 19 Mart 2011 13:46 (UTC +04:00)
Bakıdakı mədəniyyətlərarası dialoq forumunda mədəniyyətin dini konfessiyalar arasında müxtəlif fikir ayrılıqlarına təsiri müzakirə olunacaq.
Mədəniyyətin dini məsələlərə təsiri Bakıdakı forumun mövzusu olacaq - nazir

Azərbaycan, Bakı, 19 mart /Trend, müxbir M.Əliyev/

Bakıdakı mədəniyyətlərarası dialoq forumunda mədəniyyətin dini konfessiyalar arasında müxtəlif fikir ayrılıqlarına təsiri müzakirə olunacaq. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib.

"Hazırda qlobal dünyada konfessiyalar arasındakı ziddiyyətlər onlar arasındakı qarşılıqlı münasibətlərdə mədəniyyətin rolunun artırılmasını zəruri edir", - nazir bildirib.

Bakıda ilk dəfə aprelin 7-9-da Ümumdünya mədəniyyətlərarası dialoqa həsr olunmuş forum keçiriləcək.

Nazirin sözlərinə görə, mədəniyyət xadimlərinin yaradıcılığı insanlar arasında münasibətlərin yaxşılaşmasına yardım edə bilər.

Qarayev bildirib ki, bütün beş qitənin nümayəndələri artıq forumda iştiraklarını təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti