...

Azərbaycanda havanın temperaturu yüksələcək

Cəmiyyət Materials 29 Mart 2011 11:51 (UTC +04:00)
Sabah Azərbaycanda havanın temperaturu yüksələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.
Azərbaycanda havanın temperaturu yüksələcək

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir M.Əliyev/

Sabah Azərbaycanda havanın temperaturu yüksələcək. Bu barədə çərşənbə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Martın 30-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-6, gündüz 15-20 dərəcə isti təşkil edəcək, yarımadanın bəzi yerlərində 22 dərəcəyədək yüksələcək.

Martın 30-da Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 18-23 dərəcə isti təşkil edəcək, bəzi yerlərdə 26 dərəcəyədək yüksələcək. Dağlarda gecə 0-4, gündüz 11-16 dərəcə isti olacaq.

Xəbər lenti

Xəbər lenti