...

Azərbaycan Müdafiə Nazirliyində şikayətlərlə əlaqədar "etimad xətti" yaradılıb

Cəmiyyət Materials 1 Aprel 2011 10:42 (UTC +04:00)
Azərbaycan Müdafiə Nazirliyində şikayətlərlə əlaqədar "etimad xətti" yaradılıb.
Azərbaycan Müdafiə Nazirliyində şikayətlərlə əlaqədar "etimad xətti" yaradılıb

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Müdafiə Nazirliyində şikayətlərlə əlaqədar "etimad xətti" yaradılıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu Trend-ə bildirib ki, şikayəti və ya hər hansı narazılığı olan vətəndaşlar nazirliyin Tərbiyə İşləri İdarəsinin nəzdində fəaliyyət göstərən "etimad xətti"nin telefonlarına - 438-61-31, 438 61 74, 439 23 76 nömrələrinə zəng edə bilərlər.

Sabiroğlu bildirib ki, hərbi çağırış sistemində təkmilləşdirmə işlərinin aparılması istiqamətində ədalətlilik və şəffaflıq prinsiplərinin qorunması, neqativ halların qarşısının dərhal alınması başlıca məsələ kimi Müdafiə Nazirliyi rəhbərliyinin diqqət mərkəzindədir.

Onun sözlərinə görə, bu məqsədlə nazirliyin Təşkilat Səfərbərlik İdarəsində "qaynar xətt" yaradılıb.

Həmçinin çağırışçıların hansı qoşun növünə və hərbi hissəyə düşdüyünü öyrənmək istəyən valideynlər və onların yaxınları "qaynar xətt"-ə - 438-61-10, 439 90 28, 439 23 55 - zəng edə bilərlər.

Xəbər lenti

Xəbər lenti