...

Azərbaycan alimləri nüvə fizikası sahəsində yeni kəşf ediblər

Cəmiyyət Materials 4 Aprel 2011 14:41 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Türkiyənin Sakarya Universitetinin fizika fakültəsi ilə birgə aktinid ( 232 Th ) nüvələrində elektrik və maqnit dipol həyəcanlanma səviyyələrinin bilinənin əksinə 2.5 MeV enerjilərdən daha böyük enerjilərdə də yayıldığını sübut ediblər.
Azərbaycan alimləri nüvə fizikası sahəsində yeni kəşf ediblər

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutu Türkiyənin Sakarya Universitetinin fizika fakültəsi ilə birgə aktinid ( 232 Th ) nüvələrində elektrik və maqnit dipol həyəcanlanma səviyyələrinin bilinənin əksinə 2.5 MeV enerjilərdən daha böyük enerjilərdə də yayıldığını sübut ediblər. Bu barədə Trend-ə AMEA Fizika İnstitutunun Nüvə tədqiqatları laboratoriyasının aparıcı elmi işçisi Əkbər Quliyev bildirib.

Onun sözlərinə görə, elmi araşdırmalar nəticəsində bu enerji intervalındakı səviyyələrin ancaq maqnit dipol olmadığı və bu intervalda elektrik dipol səviyyələrin də olduğu nəzəri olaraq irəli sürülüb.

"Ötən ay ABŞ alimləri tərəfindən 232Th nüvəsi üçün qoyulmuş yeni təcrübənin nəticələrinin elan edilməsi ilə (PHYSICAL REVIEW C 83 , 034615 (2011) 232Th nüvəsində 2.5 MeV-dən yuxarı enerjilərdə maqnit dipol həyəcanlanma səviyyələrinin mövcudluğu və eyni zamanda spektrdə elektrik dipol həyəcanlanma səviyyələrinin də müşahidə edilməsi sübuta yetirilərək, bizim 2 il əvvəl nəzəri olaraq söylədiklərimizi təsdiq edildi və bizim nüvə həyəcanlanma səviyyələrinin öyrənilməsində tətbiq ediyimiz və irəli sürdüyümüz fırlanma və köçürmə invariant QRPA modelin nüvə həyəcanlanmalarının tədqiq edilməsində nə qədər müvəffəqiyyətli bir model olduğunu göstərdi", - Quliyev bildirib.

Bu nəzəriyyə çərçivəsində alınan nəticələr Almaniyanın Darmstadt Universitetində və ABŞ universitetlərində dərs kimi tədris edildikdən sonra sınaqlar keçirilib.

Xəbər lenti

Xəbər lenti