...

Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu siyasətçilər və vətəndaş cəmiyyəti fəalları üçün çox vacibdir - ekspert

Cəmiyyət Materials 7 Aprel 2011 13:29 (UTC +04:00)
Cümə axşamı Bakıda öz işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təcrübə mübadiləsi və dialoqun aparılması nöqteyi-nəzərindən siyasətçilər və vətəndaş cəmiyyəti fəalları üçün çox vacibdir.
Azərbaycanda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu siyasətçilər və vətəndaş cəmiyyəti fəalları üçün çox vacibdir - ekspert

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir V.Javoronkova/

Cümə axşamı Bakıda öz işinə başlayan Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu təcrübə mübadiləsi və dialoqun aparılması nöqteyi-nəzərindən siyasətçilər və vətəndaş cəmiyyəti fəalları üçün çox vacibdir. Cənubi Qafqaz üzrə ekspert, Vaşinqtondakı Hadson İnstitutunun (Hudson Institute) keçmiş baş elmi əməkdaşı, doktor Zeyno Baran (Zeyno Baran) bu qənaətdədir.

"Bu görüş çox vacibdir, tədbirə toplaşan adamların sayı da fantastikdir. Forumun mövzusu çox mühümdür və bunun həqiqətən də müxtəlif mədəniyyətlərin, Şərqin və Qərbin, Şimal və Cənubun müxtəlif ənənə və dinlərinin kəsişdiyi nöqtədə yerləşən Azərbaycanda baş verməsi də çox vacibdir", - Baran Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Trend-ə bildirib.

Ekspertin sözlərinə görə, müxtəlif mədəniyyət və dinlərdən olan adamların bir-birilə ünsiyyət qurmaq və təcrübə mübadiləsi aparmaq imkanına malik olması çox vacibdir.

"Belə görüşlərin nəticəsi ümumiliklərin daha dərindən dərk edilməsi ola bilər, çünki biz müxtəlif mədəniyyət və dinlərin nümayəndələri ilə görüşərkən onların barəsində az şey bilmirik. Siyasətçilər, vətəndaş cəmiyyətinin fəalları üçün müxtəlif fikirləri dinləmək çox mühümdür", - ekspert bildirib.

Onun fikrincə, bəzən bu fikirlər təkcə kənardan bir-birini anlamağa deyil, öz-özünü, öz mədəniyyətini, öz dinini daha yaxşı dərk etməyə və eyni dərəcədə faydalı olan oxşarlıq və fərqlilikləri görməyə kömək edir. "Fərqi görmək də faydalıdır, çünki onlar kiminsə müəyyən mədəniyyətə və ya dinə riayət etdiyini anlamağa məcbur edir", - o bildirib.

Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işinə başlayıb. Forum "Sərhədsiz dünyaya doğru" adlı sessiya ilə açılıb. Sessiya sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma və mədəni müxtəliflik məsələsinə həsr olunub. Sessiyaya Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və tərəfdaşlıq üzrə müşaviri Jan Kristof Bas sədrlik edir.

Növbəti sessiya "Daha mənalı dialoqa doğru: Mədəniyyət, incəsənət və irs" mövzusuna həsr olunacaq. Sessiyaya Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayevlə Avropa Şurasının mədəniyyət və təbii irs üzrə direktoru Robert Palmer sədrlik edəcəklər.

Aprelin 8-də keçiriləcək 3-cü sessiya mədəniyyətlərarası dialoqun aparıcı fiqurları kimi qadınların roluna həsr olunacaq. Sessiyaya Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və YUNESCO-nun mədəniyyət və mədəniyyətlərarası dialoq şöbəsinin direktoru Katerina Stenu sədrlik edəcəklər.

Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının Mədəniyyətlərarası dialoq üçün qlobal gündəliyinə (2001-ci il, noyabr), YUNESKO-nun Mədəni özünüifadə formalarının müxtəlifliyinin mühafizəsi və təşviqi haqqında Konvensiyaya (2005 -ci il), İSESKO-nun Mədəni müxtəliflik haqında Bəyannaməsinə (2004 -cü il), Avropa Şurasına üzv ölkələrin dövlət və hökumət başçıları rəhbərlərinin üçüncü görüşünün Bəyannaməsi və Fəaliyyət Planına, Avropa Şurasının mədəniyyətlərarası dialoq üzrə Ağ kitabına (2008 -ci il, may ), Mədəniyyətlərarası dialoqa yardım haqqında Bakı bəyannaməsinə əsaslanaraq Azərbaycan Prezidenti İlham Əliyevin hamiliyi altında 2011-ci il aprelin 7-dən 9-dək Bakıda mədəniyyətlərarası dialoq üzrə ümumdünya forumunun keçirilməsi haqqında təşəbbüs irəli sürülüb və BMT Baş Assambleyasının 65-ci sessiyasında (23 sentyabr 2010 -cu il , Nyu-York) Azərbaycan Prezidenti Bakıda ümumdünya forumunun keçiriləcəyini bəyan edib.

Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu YUNESKO, BMT-nin Sivilizasiyalıar Alyansı, Aİ, Aİ-nin Şimal-Cənub mərkəzi, İSESKO, eləcə də "Avronyus" tərəfindən dəstəklənir.

Xəbər lenti

Xəbər lenti