...

Azərbaycan cüdoçuları paralimpiya oyunlarında birinci olublar

Cəmiyyət Materials 8 Aprel 2011 18:19 (UTC +04:00)
Azərbaycanın cüdoçulardan ibarət yığma komandası Türkiyədə keçirilən Dünya Paralimpiya oyunları çərçivəsində finalda Rusiya komandasına qalib gələrək birinci yerə layiq görülüblər.
Azərbaycan cüdoçuları paralimpiya oyunlarında birinci olublar

Azərbaycan, Bakı, 8 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanın cüdoçulardan ibarət yığma komandası Türkiyədə keçirilən Dünya Paralimpiya oyunları çərçivəsində finalda Rusiya komandasına qalib gələrək birinci yerə layiq görülüblər. Bu barədə cümə günü Trend-ə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bundan əlavə, idmançımız Rza Osmanov 200 metr qaçışda bürünc medala layiq görülüb.

Aprelin 4-də Türkiyənin Antalya şəhərində Dünya Paralimpiya oyunlarına start verilib. Oyunların proqramına futzal, atletika, qolbol, pauerliftinq, cüdo, şahmat və üzgüçülük kimi paralimpiya idman növləri daxil olunub. Azərbaycan bu yarışlarda atletika və cüdo idman növlərində təmsil olunub.

Xəbər lenti

Xəbər lenti