...

Trend İnformasiya Agentliyinin saytı haker hücumuna məruz qalıb

Cəmiyyət Materials 10 Aprel 2011 12:26 (UTC +04:00)
Trend Beynəlxalq Informasiya Agentliyinin saytı şənbə günü hücumuna məruz qalıb.
Trend İnformasiya Agentliyinin saytı haker hücumuna məruz qalıb

Trend Beynəlxalq Informasiya Agentliyinin saytı şənbə günü haker hücumuna məruz qalıb.

Cinayətkarlar saytın proqram təminatına zərərli java-kodunu yeridib, nəticədə Google Chrome və Mozilla Firefox brauzerlərinin vasitəsilə agentliyin saytına giriş bloklanırdı. Digər brauzerlərdə sözügedən problem müşahidə olunmayıb.

Agentliyin texniki mütəxəssisləri problemi operativ surətdə aradan qaldırıblar, hazırda saytın istifadəçiləri üçün heç bir təhlükə mövcud deyil.

Hazırda Google axtarış sisteminin statusunun yenilənməsi üzrə bu şirkətin mütəxəssisləri ilə danışıqlar aparılır.

Xəbər lenti

Xəbər lenti