...

BAEA-nın layihə rəhbəri Standartlaşdırma Komitəsində olub

Cəmiyyət Materials 12 Aprel 2011 19:01 (UTC +04:00)
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki əməkdaşlıq üzrə layihə rəhbəri Andrey Çupov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.
BAEA-nın layihə rəhbəri Standartlaşdırma Komitəsində olub

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) texniki əməkdaşlıq üzrə layihə rəhbəri Andrey Çupov Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində olub. Bu barədə Trend-ə Dövlət Komitəsindən məlumat verilib.

BAEA rəsmisini Dövlət Komitəsinin sədri Ramiz Həsənov qəbul edib.

Görüş zamanı BAEA ilə Azərbaycan Respublikası arasında əməkdaşlıq əlaqələrindən danışılıb. Andrey Çupov ölkəyə səfərinin texniki əməkdaşlıq çərçivəsində həyata keçirilən layihələrin mövcud vəziyyətinin müzakirəsi, 2011-2013-cü illərdə reallaşdırılacaq layihələrin icra planları və s. məqsədi daşıdığını bildirib. BAEA-nın texniki dəstəyi ilə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin nəzdində inşa olunacaq dozimetrik laboratoriyanın mühüm əhəmiyyət kəsb etdiyini bildirən Çupov bununla bağlı rəy və təkliflərini söyləyib.

Həsənov inşa ediləcək dozimetrik laboratoriyaya dövlət səviyyəsində xüsusi dəstəyin olduğunu qeyd edib. Görüşdə, həmçinin dozimetrik laboratoriyanın inşa olunacağı yerin seçilməsi, layihənin təfərrüatları, laboratoriyada çalışacaq mütəxəssislərin hazırlanması və avadanlıqların Azərbaycana gətirilərək quraşdırılması məsələləri müzakirə edilərək hazırlanmış layihə təsdiq edilib.

Dozimetrik laboratoriyada ölkədə istifadə olunan dozimetrik avadanlıqların, rentgen cihazlarının və s. kalibrlənməsi həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti