...

MTN və DİN Azərbaycanda yayımı qadağan olunmuş dini kitablar aşkarlayıb

Cəmiyyət Materials 15 Aprel 2011 14:07 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat zamanı yayımı qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb.
MTN və DİN Azərbaycanda yayımı qadağan olunmuş dini kitablar aşkarlayıb

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir K.Zərablıyeva/

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat zamanı yayımı qanunla qadağan olunmuş dini kitablar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən cümə günü Trend-ə bildirilib ki, Qax RPŞ və MTN-in rayon şöbəsi əməkdaşlarının həyata keçirdikləri birgə əməliyyat tədbirləri nəticəsində, radikal yönümlü dini təriqətin təbliği ilə məşğul olan Qorağan kənd sakini Fərhad Yusubovun evinə baxış zamanı oradan yayımı qanunla qadağan olunmuş 39 ədəd dini kitab və digər təbliğat vasitələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti