...

Ombudsman icazəsiz aksiyaya cəhd zamanı saxlanılan ana və azyaşlı uşağı ilə bağlı araşdırma aparıb

Cəmiyyət Materials 19 Aprel 2011 13:21 (UTC +04:00)
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aprelin 17-də icazəsiz aksiyaya cəhd zamanı saxlanılan ana və onun azyaşlı uşağı ilə bağlı araşdırma aparıb.
Ombudsman icazəsiz aksiyaya cəhd zamanı saxlanılan ana və azyaşlı uşağı ilə bağlı araşdırma aparıb

Azərbaycan, Bakı, 19 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova aprelin 17-də icazəsiz aksiyaya cəhd zamanı saxlanılan ana və onun azyaşlı uşağı ilə bağlı araşdırma aparıb.

Ombudsman Aparatının mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, həmin qadın icazəsiz mitinqdə polis əməkdaşlarının tələblərinə əməl etmədiyi üçün uşağı ilə birlikdə polis maşınına mindirilərək bu ərazidən uzaqlaşdırılıb və polis bölməsinə aparılmadan Dənizkənarı Milli Parkın yanında sərbəst buraxılıb.

Müvəkkil icazəsiz mitinqə cəhd zamanı saxlanılaraq barələrində inzibati qaydada həbs qərarı seçilmiş şəxslərlə görüşmələri üçün Ombudsman Aparatının əməkdaşlarını Bakı şəhər Baş Polis İdarəsinin İnzibati qaydada həbs olunanların saxlanma məntəqəsinə göndərib.

Xəbər lenti

Xəbər lenti