...

Azərbaycanda Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir - Ekologiya Nazirliyi

Cəmiyyət Materials 21 Aprel 2011 17:09 (UTC +04:00)
Azərbaycanda aprelin 24-dək Kür çayının yuxarı axarında suyun səviyyəsinin artacağı gözlənilir.
Azərbaycanda Kür çayında suyun səviyyəsinin artacağı gözlənilir - Ekologiya Nazirliyi

Azərbaycan, Bakı, 21 aprel /Trend, müxbir M.Əliyev/

Azərbaycanda aprelin 24-dək Kür çayının yuxarı axarında suyun səviyyəsinin artacağı gözlənilir.

"Gürcüstan və Azərbaycanın Ağstafa rayonunun ərazisində suyun səviyyəsinin artması, habelə intensiv yağışların yağacağını nəzərə alaraq, Kürün yuxarı axarında suyun səviyyəsinin artacağı gözlənilir", - bu barədə cümə axşamı Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumatda deyilir.

Tbilisidə son iki gündə Kür çayında suyun səviyyəsinin 108 santimetr (su sərfi saniyədə 736 kubmetr təşkil edir), Azərbaycanın Ağstafa rayonunun Qıraqkəsəmən yaşayış məntəqəsində isə 31 santimetr (su sərfi saniyədə 655 kubmetr təşkil edir) artdığı qeydə alınıb.

Bundan əlavə, gözlənilən leysan xarakterli yağışlarla əlaqədar respublikanın dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti