...

Məhkumlarla "Neftçi"nin veteranları arasında yoldaşlıq görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2011 16:54 (UTC +04:00)
Bu gün məhkumlarla "Neftçi" Peşəkar Futbol Klubunun veteranlarından ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib.
Məhkumlarla "Neftçi"nin veteranları arasında yoldaşlıq görüşü keçirilib (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 15:36-də yayılıb)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Bu gün məhkumlarla "Neftçi" Peşəkar Futbol Klubunun veteranlarından ibarət komanda arasında yoldaşlıq görüşü keçirilib.

Trend-in məlumatına görə, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin və Milli Olimpiya Komitəsinin təşkilatçılığı ilə 9 saylı cəzaçəkmə müəssisəsində keçirilən oyunda "Neftçi" komandası 3:2 hesabı ilə qalib gəlib.

Tədbirdə ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev , Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, beynəlxalq idman yarışlarının və olimpiya oyunlarının qalibləri iştirak edib.

Məhkumlarla idmançıların görüşlərinin, onlar arasında idman yarışlarının keçirilməsinin məhkumların islahında, cəmiyyətə adaptasiyasında vacib amil olduğunu deyən Quliyev bu qəbildən olan tədbirlərin dövlətin cəzaçəkmə müəssisələrinə qayğısının təntənəsi kimi qiymətləndirib.

Matçın qalibinə kubok təqdim olunub. İştirakçılara hədiyyələr verilib.

Tədbirdə "Neftçi "İdman Sağlamlıq Mərkəzinin idmançıları nümunəvi çıxışlar nümayiş etdiriblər.

Müəssisədə fəaliyyət göstərən kompyuter kurslarını bitirən məhkumlara sertifikatlar təqdim olunub.

Xəbər lenti

Xəbər lenti