...

Ermənistanda benzin yenidən bahalaşıb - qəzet

Cəmiyyət Materials 27 Aprel 2011 11:29 (UTC +04:00)
Aprelin 26 -da günün ikinci yarısında Yerevanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən bahalaşıb. " Requlyar" markalı benzinin bir litri 430 əvəzinə 450 dram, " Premium" benzinin bir litri 480 dram, " Super" benzinin bir litri isə 500 dramdır.
Ermənistanda benzin yenidən bahalaşıb - qəzet

Aprelin 26 -da günün ikinci yarısında Yerevanın yanacaqdoldurma məntəqələrində benzinin qiyməti yenidən bahalaşıb. " Requlyar" markalı benzinin bir litri 430 əvəzinə 450 dram, " Premium" benzinin bir litri 480 dram, " Super" benzinin bir litri isə 500 dramdır. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Aykakan jamanak" qəzeti yazır.

" Başqa sözlə, Ermənistanda təkcə bir gün ərzində benzin 5 faiz bahalaşıb. Benzinin qiymətinin artması inflyasiyanın ümumi göstəricisinə nəzərəçarpacaq təsir göstərir", - /news.am/ qəzetə istinadən yazır.

Xəbər lenti

Xəbər lenti