...

Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər mərkəzi və fondunun yaradılması müzakirə olunur

Cəmiyyət Materials 3 May 2011 14:46 (UTC +04:00)
Gənclərin Azərbaycan Prezidenti ilə görüşündən sonra gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsi, Gənclər Mərkəzinin formalaşdırılması və Gənclər Fondunun yaradılması müzakirə olunur.
Azərbaycanda ipoteka şərtlərinin sadələşdirilməsi, gənclər mərkəzi və fondunun yaradılması müzakirə olunur

Azərbaycan, Bakı, 3 may /Trend, müxbir M.Əliyev/

Gənclərin Azərbaycan Prezidenti ilə görüşündən sonra gənclər üçün ipoteka şərtlərinin sadələşdirilməsi, Gənclər Mərkəzinin formalaşdırılması və Gənclər Fondunun yaradılması müzakirə olunur. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Azərbaycan Prezidenti Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov deyib.

"Prezident Aparatına daxil olan təkliflər arasında gənclərin peşə hazırlığı və Azərbaycanın ali məktəblərində tədqiqatların aparılması üçün əlverişli şəraitin yaradılması ilə bağlı kifayət qədər təklif var", - Aslanov qeyd edib.

Çərşənbə axşamı Bakıda "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının ictimai müzakirəsi aparılır. Müzakirələr zamanı iştirakçılar gənclərin sosial müdafiə mövzularına, gənclərin məşğuliyyətinə və onların sahibkarlıq fəaliyyətinin dəstəklənməsinə, gənclərin vətənpərvərlik ruhunun tərbiyələndirilməsinə, gənclərin elmi, yaradıcılıq potensialına, onların vətəndaş cəmiyyətində iştirakı və idarəetməsinə toxunurlar.

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 6-da "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalayıb. Prezident Administrasiyasına iki ay müddətinə Dövlət Proqramını hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.

Aslanovun sözlərinə görə, gənclərdən çoxlu sayda təkliflər, onların dövlət proqramının hazırlanmasında fəallığı göstərir ki, bu proqram gənclərin böyük dairəsinin fikrini əks etdirəcək.

"Gənclik çoxlu yeniliklər gözləyir", - jurnalistlərə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov deyib.

"Bu proqramın həyata keçirilməsi çərçivəsində yaradılacaq Gənclər Fondu şəffaf fəaliyyət göstərəcək və cəmiyyət tərəfindən idarə ediləcək. Fondun fəaliyyəti Azərbaycanın gənclər QHT-lərinin layihələrinin maliyyələşdirilməsinə yönələcək", - Rəhimov vurğulayıb.

Nazir qeyd edib ki, Azərbaycanda sosial ipoteka mövcuddur. "Lakin biz istəyirik ki, gənclər üçün daha çox maliyyə vəsaiti ayrılsın, ipotekanın alınması şərtləri sadələşdirilsin", - Rəhimov əlavə edib.

Xəbər lenti

Xəbər lenti