...

Azərbaycanda böyük transmilli tikinti işləri narkotiklərin ölkə üzərindən tranziti ehtimalını yüksəldir - Əli Həsənov

Cəmiyyət Materials 5 May 2011 13:20 (UTC +04:00)
Azərbaycanda həyata keçirilən böyük transmilli tikinti işləri, layihələr yükdaşımaların həcmini artırıb ki, bu da öz növbəsində narkotiklərin ölkə üzərindən tranziti ehtimalını yüksəldir. Tranzit olunan narkotiklərin bir hissəsi isə ölkədə qalır və istifadə olunur.
Azərbaycanda böyük transmilli tikinti işləri narkotiklərin ölkə üzərindən tranziti ehtimalını yüksəldir - Əli Həsənov

Azərbaycan, Bakı, 5 may /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda həyata keçirilən böyük transmilli tikinti işləri, layihələr yükdaşımaların həcmini artırıb ki, bu da öz növbəsində narkotiklərin ölkə üzərindən tranziti ehtimalını yüksəldir. Tranzit olunan narkotiklərin bir hissəsi isə ölkədə qalır və istifadə olunur. Trend-in məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Baş nazirin müavini, Azərbaycan Narkomanlığa və Narkotik Vasitələrinin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov bildirib.

Həsənov deyib ki, bununla bağlı Dövlət Komissiyası tərəfindən hüquq-mühafizə orqanları ilə mütəmadi müzakirələr aparılır, müvafiq tapşırıqlar verilir.

"Əsas problem Əfqanıstandan gətirilən narkotiklərin tranzit ölkə kimi Azərbaycandan ötürülməsidir", - Baş nazirin müavini qeyd edib.

Onun sözlərinə görə, son illər həyata keçirilən profilaktik tədbirlər nəticəsində Azərbaycanda narkotik maddələrin dövriyyəsində və satışında xeyli azalma müşahidə olunub.

Xəbər lenti

Xəbər lenti